Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
925

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi

Mədəniyyət Nazirliyi Azərbaycan xalqını təbrik edir!

Məlum olduğu kimi, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

Bu gün, 16 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.  Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşükkürünü bildirmiş, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulamışdır. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə "Nar mədəniyyəti"nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunmuşdur.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Qeyd edilən siyahıda Azərbaycanın rəsmi olaraq 14-cü mədəni elementi olan “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə bir daha bütün xalqımızı təbrik edirik!

XƏBƏRLƏR

15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilib
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
08.01.2021 18:13
“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
08.01.2021 10:08
Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
07.01.2021 19:39
Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
06.01.2021 17:27
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05.01.2021 12:38
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2020 18:12
"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi
29.12.2020 17:27
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub
29.12.2020 14:34
Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib
28.12.2020 09:30
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
25.12.2020 18:55
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi
24.12.2020 14:07
Mədəniyyət Nazirliyində kadr təyinatı
23.12.2020 16:34
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir
22.12.2020 17:54
Görkəmli rejissor və kinodramaturq Həsən Seyidbəylinin xatirəsi anılıb
22.12.2020 15:04
Şəhid mədəniyyət işçilərini ehtiramla anırıq!
22.12.2020 13:02
Xalq artisti Sabir Əliyev dünyasını dəyişib
22.12.2020 11:20
Xalq artisti Səfurə İbrahimova vəfat edib
21.12.2020 09:42
Mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirilib
21.12.2020 09:22
Əməkdar artist Atabala Səfərov vəfat edib
18.12.2020 10:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı
17.12.2020 16:56
Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri ilə onlayn görüş keçirdi
16.12.2020 19:44
“Miniatür sənəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
15.12.2020 17:51
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
14.12.2020 17:22
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb
14.12.2020 10:05
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi
11.12.2020 18:42
İtaliyadan satın alınan qədim xalçalarımızın təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi