Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub.
Bununla əlaqədar, “UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 25 dekabr 2020-ci il tarixində saat 11:00-da “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev 150” mövzusunda onlayn konfrans keçiriləcək.
Mədəniyyət Nazirliyinin rəsmi “Youtube” kanalı vasitəsilə konfrans canlı yayımlanacaq: http://bit.ly/2Kxm1rk