Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2028

Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirildi.

Tədbiri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov açaraq, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalandığını və bu yubileyin həmçinin, UNESCO tərəfindən 2020-2021-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması Siyahısına daxil edildiyini bildirdi. O, bir çox tanınmış şəxsiyyətlərimizin yubileylərinin UNESCO-nun bu Proqramı çərçivəsində qeyd edilməsində və Azərbaycan ədəbiyyatının tanıdılmasında, mədəni irsimizin qorunmasında, mədəniyyətimizin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğuladı.

E.Sultanov Ə.Haqverdiyevin yaradıcılıq və fəaliyyətinin UNESCO-nun bütün əsas istiqamətlərini, elm, təhsil, mədəniyyət və eləcə də informasiya sahələrini əhatə etdiyini, onun dramaturq və ədib kimi tanındığını qeyd etdi, eyni zamanda onun mədəniyyət və incəsənət, pedaqoji, elmi sahələrdəki vacib fəaliyyətindən bəhs etdi. Həmçinin, Ə.Haqverdiyevin milli düşüncənin inkişafında oynadığı əhəmiyyətli rolu vurğuladı, onun ictimai-siyasi proseslərdə iştirakına və diplomat kimi fəaliyyətinə toxundu. Ədibin doğulub böyüdüyü Azərbaycanın gözəl guşəsi, Qafqazın və doğma Qarabağımızın incisi sayılan qədim Şuşa şəhərinin bu ilin noyabr ayının 8-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin bu yubileyə gözəl hədiyyə olduğunu qeyd etdi.

Virtual tədbirdə çıxış edən Anar Kərimov bildirdi ki, Əbdürrəhim bəy Haqverdiyev XX əsrin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir: “Haqverdiyevin böyüklüyünü idrak etmək üçün yalnız onun adının qarşısında çoxşaxəli fəaliyyətini və kimliyini müəyyənləşdirən anlayışları sadalamaq kifayət edər: böyük dramaturq, nasir, publisist, pedaqoq, ədəbiyyatşünas, teatr təşkilatçısı və nəhayət, tanınmış ictimai xadim. Ədib 17 may 1870-ci ildə Azərbaycanın ədəbiyyatına, musiqisinə və incəsənətinə qüdrətli simalar bəxş etmiş Şuşa şəhərində anadan olub. Ali Baş Komandanın heyrətamiz iradəsi, böyük əzmi və Ordumuzun rəşadəti nəticəsində ölkəmizin Qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsində Əbdürrəhim bəy Haqverdiyevin göz açdığı və Azərbaycanın mədəni paytaxtı hesab olunan Şuşa şəhəri işğaldan azad edildi”.

Anar Kərimov vurğuladı ki, bu gün biz özümüzü məhz ona görə xoşbəxt nəsil hesab etməliyik: “Ona görə xoşbəxt nəsilik ki, Haqverdiyevin dünyaya gəldiyi şəhərin adını artıq fərəhlə və vüqarla səsləndirə bilirik. Əminəm ki, bundan sonra da böyük maarifçi-demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə və xalqımızın gələcək inkişafına uğurla xidmət edəcək”.

Haqverdiyevin Şuşadakı evinin də işğal dövründə dağıdıldığını diqqətə çatdıran Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirdi.

Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olundu. Anar Kərimov vurğuladı ki, Şuşada xalqımızın zəngin irsini bərpa etməklə bu tarixi şəhərə onun itirilmiş ruhunu qaytaracağıq.

A.Kərimov 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırdı.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, Haqverdiyev ədəbiyyatımızı zənginləşdirərək bədii və estetik cəhətdən yüksək səviyyəyə qaldırıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ədibin azərbaycançılıq ideyalarından və xalqın milli-mənəvi oyanışında xidmətlərindən söz açdı. Bildirdi ki, Haqverdiyev Mirzə Cəlillə yanaşı XX əsrin əvvəllərində ədəbiyyat və milli fikir tariximizdə azərbaycançılıq ideyasının əsasını yaradanlardan biridir.

Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev Əbdürrəhim bəy Haqverdiyevin diplomat kimi fəaliyyəti barədə ətraflı söz açdı. Qeyd etdi ki, ədibin hekayələr kitabı səfirliyin dəstəyi ilə macar dilində nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirdi ki, ədib öz ecazkar qələmi ilə xalqımızı cəhalətdən, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çalışıb.
Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri, ədibin nəticəsi Eldar Məlik Abbas konfrans iştirakçılarına təşəkkür edərək ədibin 150 illik yubileyi ilə bağlı mərkəz tərəfindən “Facebook” şəbəkəsində geniş arxivin yaradıldığını bildirdi. Diqqətə çatdırdı ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı iş aparır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb