Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4953

“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...

Jurnal Xarı Bülbül emblemi ilə yeni ilin ilk həftəsində salamlayır oxucularını. Üz qabığı “8 noyabr - Zəfər günü, Qarabağ Azərbaycandır” şüarı ilə süslənib, forzas isə Qələbə Paradının və bütün hadisələrin kvintessensiyasını təşkil edən fotoreportajla maraqlıdır.

Kontenti “müharibə və mədəniyyət” təzadının üzərində qurulan baş redaktor sözü bu anlayışların fəlsəfəsindən, sahə cameəsinin vəzifələrindən bəhs edir. Davamında Zəfər Gününün mahiyyəti və Zəfər Paradının ehtişamı anladılır, daha sonra taleyüklü 44 gündə həm döyüş meydanında, həm də mədəniyyət müstəvisində həyatlarını, çalışmalarını Vətən yolunda əsirgəməyən insanımızdan bəhs edilir.Mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur, ruhları anılır və yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazimiz də unudulmur.

Mədəniyyət xadimlərimiz öz təəssüratları, düşüncələri, planları ilə bölüşür, II Qarabağ müharibəsinin qəhrəmanlarına ithaf olunan əsərlər ortaya çıxır, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır. Mədəniyyət nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları barədə oxucuya məlumat əsnasında UNESCO-da şəxsiyyət vəsiqəsi alan Nar bayramı və Miniatür sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də təqdim olunur oxucuya, Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə isə bu məqamda lap yerinə düşür. Rəssamlarımızın virtual sərgilərinə də Vətən sevdalılarına bir töhfə kimi baxılır.

Jurnalın bu sayının bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq.

Azərbaycan rəssamlarının Şuşa arzuları dil açır növbəti yazıda. Daha sonra Mədəniyyət Nazirliyinin hadisələrin ilk günlərindən başlayan tarixi layihələrinin –“Qarabağ - mədəniyyətimizin beşiyi”, “Xristian irsimizi tanıyaq” layihələri təqdim olunur.

Jurnalın və baş redaktorun “Humay” milli mükafatına layiq görülməsi xəbəri də oxucunun təqdirinə səbəb olacaq məqamdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi