15.01.2021 05:57
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 15 yanvar 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq” başlığı ilə yayılan xəbərlərə aydınlıq gətirmək məqsədilə bildirir:
Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanmışdır. Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməmişdir.