Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2289

Xocalı soyqırımına həsr olunan sərgi keçirildi: “Unudulmaz faciə”

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş “Unudulmaz faciə” adlı sərgi keçirildi.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi olan Xocalı qətliamından 29 il ötdüyünü qeyd etdi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırdı.

Bildirdi ki, həmin gecə qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, şəhər yerlə yeksan edildi: “Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli soyqırımıdır. Xocalı soyqırımı bir daha göstərdi ki, ermənilərin düşüncəsi faşist ideologiyası üzərində qurulub. Onların bizə qarşı etnik nifrətləri var və bunu heç zaman gizlətmirlər. Hətta onların prezidentləri belə bu nifrəti gizlətməyib, fəxrlə elan edib”.

Qeyd olundu ki, Vətən müharibəsində də cinayətkar Ermənistan hakimiyyəti öz məkrli siyasətini davam etdirdi. Beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edərək Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı müharibə cinayətləri törətdi. Nəticədə yüzə yaxın dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı.

Nazir qeyd etdi ki, bu gün Xocalı qurbanlarının ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, mənfur düşmən üzərində şanlı Qələbə qazandı: “Xalqımız bu günədək Xocalı faciəsini məyusluqla yad edirdi. Lakin qəhrəman Ordumuz torpaqlarımızı geri aldı və bununla soyqırımı qurbanlarının da qisası alınmış oldu”.

Son illərdə dünyanın bir neçə ölkəsinin Xocalı soyqırımını rəsmən tanıdığını deyən Anar Kərimov bildirdi ki, bu soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması, obyektiv qiymət verilməsi istiqamətində işlər davam etdirilməlidir.

Nazir çıxışının sonunda Vətən müharibəsi şəhidlərinə və Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət dilədi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğuladı: “Bu istiqamətdə bizim də üzərimizə böyük iş düşür. Belə sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Bundan başqa, bu faciəni  dünyaya tanıtmaq üçün təsiredici kino nümunələri mütləq ərsəyə gətirməliyik”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Xocalı soyqırımının qisasını düşməndən döyüş meydanında aldığını söylədilər.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının magistri, Prezident təqaüdçüsü Orxan Hüseynovun (violonçel) ifasında Fikrət Əmirovun “Poema-monoloq”undan fraqment səsləndirildi.

Sonda Xocalı soyqırımına həsr olunan rəsm və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirildi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib