Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3791

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib. Nümayəndə heyətinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli daxildir. Səfərin məqsədi mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənməkdən ibarətdir.

Səfər çərçivəsində Moskvada nazirliyin nümayəndə heyəti ilə Rusiyada yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri arasında görüş keçirilib. Qonaqlar görüşün əvvəlində dünya şöhrətli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova qonaqları salamlayaraq Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova bildirib ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənmək üçün Moskvaya səfər edib: “Bu həftədən etibarən bir sıra görüşlər keçiriləcək. İlk görüşümüzə Moskvada yaşayan və mədəniyyət, incəsənət sahəsində çalışan həmvətənlərimizlə başladıq. Bundan əlavə Rusiya Mədəniyyət Nazirliyinin müvafiq şöbələri, o cümlədən “Roskino”, “Roskonsert”, Moskva Dövlət Filarmoniyası, incəsənət qalereyaları, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu, Rusiya Teatr Sənəti İnstitutu (GİTİS), Moskva Dövlət Xoreoqrafiya Akademiyası və digər mədəniyyət qurumları ilə görüşlər planlaşdırılır”.

N.Axundova artıq Azərbaycan nümayəndə heyətinin GİTİS-in rektoru ilə ilk görüşünün keçirildiyini qeyd edib: “Olduqca maraqlı və səmərəli görüş keçirildi. Ümid edirəm ki, gələcəkdə də bu cür səfərlər daha çox olacaq. Bizi maraqlı layihələr gözləyir”.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Əziz Qarayusifli çıxış edərək üç gün ərzində Moskvadakı aparıcı sənət akademiyaları, xüsusən də Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rektorları ilə görüşəcəyini vurğulayıb: “Həm Rusiya, həm də Avropa universitetləri ilə müqavilələr imzalamışıq. Əməkdaşlığı intensivləşdirməliyik. Rus balet məktəbi dünyanın aparıcı məktəblərindən biridir və əməkdaşlığımızı genişləndirmək istəyirik. Bunun üçün Moskva universitetləri və akademiyalarının aparıcı müəllimləri tərəfindən ustad dərsləri təşkil etmək lazımdır. Müəllim heyətinin mübadiləsini aparmaq zəruridir. Xoreoqrafiyamızın inkişaf səviyyəsini yüksəltmək üçün təkcə ustad dərsləri ilə kifayətlənməməliyik, həm də qabaqcıl rusiyalı müəllimləri Azərbaycana uzunmüddətli işə dəvət etmək istəyirik”.

Ə.Qarayusifli bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: “Sovet sənət məktəbindən qalan ənənələr də daxil olmaqla, Rusiya ilə ortaq cəhətlərimiz var. Bundan istifadə etməliyik. Düşünürəm ki, birlikdə bir çox faydalı layihələri reallaşdıra bilərik”.

Görüş iştirakçılarından Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Dinara Əliyeva çıxış edərək Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. “Mədəniyyət xadimlərinin bir araya gəlməsi hər zaman gözəl hadisədir. Bu gün bizi birləşdirən rəhbərliyimizə təşəkkürümü bildirirəm, hər zaman belə tədbirlərdə iştirak etməyə şadam”, - deyə Xalq artisti bildirib.

İyirmi ildən çoxdur Moskvada çalışan keramika sənətçisi Qərənfil Qurbanova isə bildirib ki, saxsı emalatxanasında qablar, plitələr, gil vazalar Azərbaycan mədəniyyətinin motivləri əsasında hazırlanır: “İndi bir çox istedadlı gənclərimiz, fəal insanlarımız Rusiya və Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığını gücləndirmək üçün çalışmağa hazırdır”.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib