Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2240

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş XII Qəbələ Musiqi Festivalı

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən avqustun 4-dək reallaşacaq.

Bu il də festival əlamətdar hadisəyə həsr olunub. Məlum olduğu kimi, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Yubileyin keçirilməsi ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 may 2021-ci il tarixində sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qəbələ Musiqi Festivalının bu il keçirilmə məqsədi də məhz bu tarixi hadisədir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Həmçinin festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub.

Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli; icraçı direktoru Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova, festivalın koordinaroru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə; festivalın təşkilat komitəsinin üzvləri: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva; Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova; Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov; festivalın aparıcıları: Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.

 İlk olaraq iyulun 31-də 17.00-da  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.

XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 31 iyul 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestrinin ifası ilə baş tutacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadə, Orkestr rəisi, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban), Anar Hüseynovun (nağara) ifası dinləniləcək.

1 avqust 17.00-da Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək.

1 avqust 21.00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin konserti baş tutacaq. Bədii rəhbər: SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylidir. Baş dirijor: Əməkdar artist Fuad İbrahimov, dirijor: Cavad Tağızadədir. Solistlər: Xalq artistləri: Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Yeganə Axundova (piano), Əməkdar artistlər: İlham Nəzərov (vokal), Rövşən Quliyev (truba), Əziz Pənahdır (qoboy).

2 avqust 17.00-da Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti keçiriləcək.

2 avqust  21.00-da açıq səhnədə (Qafqaz Resort) "Zəfər muğam kompozisiyası" adlı Muğam Axşamı keçiriləcək. Xalq artistləri: Mənsum İbrahimov (xanəndə),  Elçin Həşimov (tar), Əməkdar artistlər: Təyyar Bayramov (xanəndə), Elnur Əhmədov (kamança), daha sonra Gülzar Fərəcova (xanəndə), Günay İmamverdiyeva (xanəndə), Kənan Bayramlı (xanəndə), Ceyhun Qurbanov (sintezator), Siyavuş Kərimov (nağara)  ifa edəcəklər.

3 avqust 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti baş tutacaq: Xalq artistləri: Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist: Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi: Ceyhun Allahverdiyev (piano), Beynəlxalq müsabiqələr laureatı: Nərmin Nəcəfli (piano) çıxış edəcəklər.

3 avqust 21.00-da isə açıq səhnədə Bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşaiyəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti baş tutacaq.  

4 avqust 17.00-da  Konqres Mərkəzində  Respublika və Beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.

XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı 4 avqust 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  müşayiətilə - Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında tamaşaçılara “Viva opera” adlı konsert proqramı təqdim olunacaq. Solistlər - Xalq artistləri: Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər: Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları: Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayevdir.

 

 

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı