Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1091

“Vərqa və Gülşa” miniatür əlyazma kitabındakı illüstrasiyaların toplandığı nəşrin təqdimatı keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin nadir nümunələrindən olan “Vərqa və Gülşa” miniatür əlyazma kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə kitab halında nəşrinin təqdimatı keçirildi. Kitab-albom Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə yüksək poliqrafik səviyyədə çap olunub.

Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev çıxış edərək muzeyin yeni istifadəyə verilən milli üslubda dizayn edilmiş hücrəsində ilk tədbirin məhz miniatür sənətinə həsr olunmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı, təəssüf ki, hər kəsə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.

Qeyd olundu ki, Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin İstanbulun Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəkildə nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov dedi ki, Azərbaycan təsviri sənətinin maraqlı sahələrindən biri də miniatürdür. Miniatürlər sanki o dövrün kino mədəniyyətidir. Bu sənətin Orta əsrlərdə belə yüksək səviyyədə inkişaf etməsi fəxarət hissi doğurur. Gələcəkdə bu kitabın daha geniş təbliği diqqətdə saxlanılmalıdır.

Nazir bildirdi ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni element UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub. Nazir həmçinin diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyi “Nizami ili” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatürlərdən ibarət kitabın nəşrini də həyata keçirəcək.

Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov vurğuladı ki, XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.

Kitabın əhəmiyyətini qeyd edən akademik dedi: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirdi ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir: “Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev belə kitabların nəşr olunmasını mədəniyyətimizin səviyyəsinin göstəricisi olduğunu bildirdi.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə kitabın əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Çingiz Fərzəliyevin çoxsaylı layihə və təşəbbüsləri mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi və təbliği baxımından diqqətəlayiqdir.

Tbilisi Dövlət Muzeyinin direktoru İrina Koşoridze müəllifi təbrik edərək miniatür sənəti və Şərq ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşdü.

Sonda Çingiz Fərzəliyev təqdimata qatılan qonaqlara minnətdarlığını ifadə etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb