Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2114

Görkəmli fırça ustası Mikayıl Abdullayevin 100 illiyinə həsr olunan “Həyata sevgi ilə” adlı sərgi açıldı

Dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisinin açılış keçirildi. SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur.

Sərgini açıq elan edən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev diqqətə çatdırdı ki, muzeyin kollektivi Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşıb.  Sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M. P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm”  portretləri yer alıb. Ekspozisiyada həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərindən söz açdı. Dedi ki, Azərbaycan incəsənətində elə şəxslər vardır ki, onların hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq mədəniyyətimizin tarixinə əbədi olaraq öz adlarını qızıl hərflərlə yazıblar. Bunlardan biri də SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevdir. O, bir çox beynəlxalq mükafatların laureatı olub. Fırça ustası ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.

Nazir bildirdi ki, Mikayıl Abdullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycandır. Rəssamın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer verib. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və bir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı anları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.

Anar Kərimov Prezident İlham Əliyev tərəfindən bu il mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində müstəsna xidmətləri olan bir çox şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə əlaqədar sərəncamlar imzalandığını qeyd etdi. Bildirdi ki, Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2021-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilib. Hazırda Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq üzərində son tamamlama işləri aparılır və yaxın günlərdə işıq üzü görəcək. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.

Nazir çıxışının sonunda dedi: “Mikayıl Abdullayevin əsərləri zamanın bütün sınaqlarından keçərək hələ uzun illər boyu sənətsevərləri ruhlandıracaq. Sənətkarın həyat yolu isə gələcək nəsillər üçün seçdikləri peşəyə məsuliyyətli və fədakar yanaşması baxımından hər zaman nümunə olacaq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışı zamanı Mikayıl Abdullayevin yaradıcılıq özünəməxsusluğu barədə danışdı. Bildirdi ki, o, ictimai xadim kimi hər zaman insanların köməyinə çatıb, xeyirxah əməlləri ilə qəlblərdə iz salıb.

Rəssamın oğlu Cəmil Abdullayev Prezident İlham Əliyevə atasının irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. O, həmçinin silsilə tədbir və layihələrin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi və qonalar geniş və xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiya ilə tanış oldular. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevun rəngarəng sənət duyumunu əks etdirir.

Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb