Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1530

“Böyük Qayıdış”: Mədəniyyət

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli yurd yerlərimizi azad etdi. İşğal müddətində Ermənistan tərəfindən bəşəri dəyərlər, beynəlxalq konvensiyalar heçə sayılaraq xalqımızın çoxəsrlik maddi mədəni mirasına qarşı vandalizm, talançılıq siyasəti həyata keçirilib. Sosial infrastrukturlarla yanaşı, dini-mədəni abidələrə qarşı da soyqırımı törədilib. 
Ərazi bütövlüyümüzün bərpasından ötən bir il müddətində Azərbaycanın mədəniyyət və sənət beşiyi sayılan Qarabağda mədəniyyət abidələrinin bərpası istiqamətində mühüm işlər görülüb.

İşğaldan azad edilmiş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını rayonlarında həyata keçirilmiş monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Monitorinqlərin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir.

Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada tarixi abidələrin bərpası işləri davam edir. Dahi şəxsiyyətlərimizin – Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün vaxtilə erməni vandalları tərəfindən güllələnmiş, daha sonra xaricə satılarkən Azərbaycan dövləti tərəfindən əldə edilən büstləri yanvarın 14-də əzəli məkanına, qədim Şuşaya qaytarılıb. 

12-13 may tarixlərində vaxtilə Şuşanın Cıdır düzündə təşkil olunan ənənəvi Xarıbülbül musiqi festivalı 29 ildən sonra böyük coşqu ilə yenidən keçirilib. Festivalda ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. 

Avqustun 29-da Şuşada görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərə muzey kompleksinin təmir-bərpa və yenidənqurmadan sonra açılışı keçirilib. Avqustun 30-da isə ənənəvi Vaqif Poeziya Günlərinin açılışı gerçəkləşib. Şəhərdə Natəvan bulağı və Bülbülün Ev-Muzeyinin açılışı olub. Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri keçirilib. Şuşadakı Xalçaçılıq Qalereyasında təşkil olunan “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyi tərəfindən xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri təqdim edilib. 

2021-ci ildə Şuşadakı Yuxarı Gövhər ağa məscidi bərpa edilib. Hazırda Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, habelə Mehmandarovların evinin bərpası istiqamətində işlər davam etdirilir.

Vaxtilə Qarabağın ən böyük yaşayış məntəqəsi olan Ağdam şəhəri işğal zamanı yerlə yeksan edilib, bütün sosial-mədəni infrastruktur dağıdılıb. Yağıdan qurtulmuş Ağdamda da geniş yenidənqurma işləri həyata keçirilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi inşa olunacaq. Bu muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanıb. Muzeylər həm 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərəcək, eyni zamanda 44 gündə 30 illik işğala son qoyan müzəffər Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirəcək. Kompleksin ümumi ərazisi 22,5 hektar olacaq.

Düşmən tərəfindən yerlə yeksan edilən Cəbrayıl şəhərinə də yeni həyat qayıdır. Oktyabrın 4-də Cəbrayılda həm yaşayış binasının, həm də Cəbrayıl Memorial Kompleksinin təməli qoyulub. Memorial Kompleks Bayraq meydanı, İşğal muzeyi və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən dağıntıların nümayiş etdiriləcəyi sahədən ibarət olacaq. Həmçinin Cəbrayılda düşmən işğalına son qoyan qüdrətli Azərbaycan Ordusuna həsr olunan Zəfər pavilyonu və hərbi texnikaların açıq səma altında nümayiş olunacağı Döyüş muzeyi yaradılacaq. Cəbrayıl şəhərində Türkiyə-Azərbaycan Dostluq Parkı da salınacaq.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Oktyabrın 18-də Füzuli şəhərinin bərpasının və Füzuli Memorial Kompleksinin təməli qoyulub. Şəhərin mərkəzi hissəsində yaradılacaq Füzuli Memorial Kompleksi İşğal muzeyi və Memorial parkı, Zəfər muzeyi, Zəfər abidəsi və Bayraq meydanını əhatə edəcək.

Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə kitabxanaların fondlarının bərpası işinə dəstək məqsədilə “Qarabağa kitabla gedək!” layihəsi təqdim edilib və layihə çərçivəsində artıq 60.000-dən çox kitab toplanıb.

Noyabrın 24-də Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirilib. Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinə qarşı Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş dağıntı, vandallıq və mənimsəmə faktlarını özündə əks etdirən “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil edilib.

Cari ilin aprel ayında Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası irəli sürülüb. Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. İyunun 23-də qlobal kampaniyanın təqdimatı, dekabrın 2-də Tərəfdaşlar Forumu keçirilib. 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib