Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1517

“Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir

Mayın 17-də Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirildi.

Konserti izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri vardı. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri də konserti izləməyə gəlmişdilər.

“Yeni adlar”ın budəfəki istedadları gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.

Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva "Yeni adlar" və "Mədəni gənclik" layihələri haqqında məlumat verdi. Bildirdi ki, hər iki layihənin məqsədi gənclərimizin mədəniyyətə olan marağını, yüksək mənəvi zənginliyini artırmaqdır: “Respublikamızda və onun hüdudlarından kənarda fəaliyyət göstərən, təhsil alan, uşaq yaşlarından bəri musiqi sənətinin sirlərinə yiyələn gənclər “Yeni adlar” layihəsinə cəlb edilirlər. “Mədəni gənclik” layihəsinin məqsədi isə məhz Azərbaycan mədəniyyətinin, incəsənətinin zənginliyini respublikamızın ali təhsil ocaqlarında oxuyan tələbələrə aşılamaqdır”.

Daha sonra konsert proqramı təqdim edildi. Gənclər F.Mendelsonun 10 nömrəli simli simfoniyası, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”i və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”ini məharətlə ifa etdilər.

Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

***

Qoboy ifaçısı Əziz Pənah 2002-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini qoboy sinfi üzrə bitirib.  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb.

Ölkəmizdə çoxsaylı festival və müsabiqələrin qalibi olan Əziz Pənah 2018-ci ildə Gürcüstanda keçirilən Y.Mikeladze adına orkestr alətləri üzrə gənc ifaçıların III Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. Həmin il Türkiyədə keçirilən "Harmoniya" VII Beynəlxalq müsabiqəsində, Litvada təşkil olunan "Dünya harmoniyası" II Beynəlxalq müsabiqəsində, eləcə də 2019-cu ildə Bakıda keçirilən “Dünya harmoniyası” beynəlxalq müsabiqələrində Qran-pri mükafatını qazanıb. 2020-ci ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının IX Beynəlxalq müsabiqəsində, həmin ildə İspaniyanın Barselona şəhərində keçirilən "Rus Alboradası" V Beynəlxalq müsabiqəsində Qran-priyə layiq görülüb.

Ə.Pənah müxtəlif illərdə Oslo Filarmonik Orkestrinin solisti D.F.Ştrunkdan (Norveç) və Almaniyanın Düsseldorf şəhərindəki R.Şuman adına Ali Musiqi Məktəbinin professoru R.V.Daaldan ustad dərsləri alıb.

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub. 2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Almaniyanın Hannover şəhərindəki Musiqi, Dram və Media Universitetinə (Hochschule für Musik, Theater und Medien Hannover) qəbul olunub. 2018-2021-ci illərdə həmin universitetin magistr pilləsində təhsil alıb, 2021-ci ildən təhsilini doktorantura pilləsində davam etdirir.

2007-ci ildə N.Nəcəflinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılaraq Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2013-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı”, 2016-cı ildə Gənclər üçün Prezident mükafatı alıb.

N.Nəcəfli də ölkəmizdə təşkil olunan festival və müsabiqələrdə uğurlara imza atıb. 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən F.Şopen adına 9-cu Beynəlxalq musiqi müsabiqəsində I yerə, İtaliyanın Seregno şəhərində təşkil olunan Gənc pianoçuların beynəlxalq müsabiqəsində II yerə, Böyük Britaniyanın Nyukasl şəhərində Gənc pianoçuların V beynəlxalq müsabiqəsində I yerə, 2013-cü ildə Polşanın Şafarniya şəhərində Uşaq və gənclərin XXI Beynəlxalq F.Şopen adına piano müsabiqəsində II yerə, 2017-ci ildə isə Qranada şəhərində (İspaniya) gerçəkləşən pianoçuların beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.

Gənc pianoçu 2019-cu ildə Hannover Opera Teatrının Hannover Simfonik Orkestri (Almaniya) ilə birlikdə keçirdiyi müsabiqədə qalib gələrək "Nijinski və Liebhaber" layihələrində iki mövsüm solist olaraq dəfələrlə orkestr ilə çıxış edib.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib