Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1256

Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydə gecə" adlı tədbir keçirildi

18 may – Beynəlxalq Muzeylər Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirildi, layihələr təqdim edildi. Əlamətdar gün münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində təşkil edilən "Muzeydə gecə" adlı tədbir xüsusilə yaddaqalan oldu.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İsveçin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill, yaradıcı təşkilatların rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdi.

Giriş sözü ilə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Beynəlxalq Muzeylər Günü Azərbaycanda da geniş miqyasda qeyd edilir. Bu əlamətdar tarixlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı günü” elan olunub. Vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edirlər.

"Muzeydə gecə" tədbiri haqqında məlumat verən nazir müavini qeyd etdi ki, layihə çərçivəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti keçiriləcək. Həmçinin muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli sənət dünyasının instalyasiyaya çevrildiyi proqram təqdim ediləcək.

30 il əvvəl, 1992-ci il mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırladan Sevda Məmmədəliyeva dedi ki, uzun illər bu tarix bizim üçün ağrılı günlərdən idi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ili 44 günlük Vətən müharibəsində Qarabağ, o cümlədən Laçın rayonu düşmən işğalından azad edildi. Artıq 18 may tarixini biz Beynəlxalq Muzeylər Günü və bir bayram günü kimi ürəkdən, yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu layihələr çərçivəsində vaxtilə mövcud olan muzeylər də bərpa edilir. Nəhayət ki, illərdir doğma məkanından uzaq düşən muzeylərimiz vətəninə qayıdacaq və muzeylərin zəngin kolleksiyası öz doğma yurdunda sərgilənəcək".

Sevda Məmmədəliyeva çıxışının sonunda tədbir iştirakçılarını Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik etdi.

İsveçin ölkəmizdəki səfiri Kristian Kamill bildirdi ki, muzeylər ətrafımızdakı dünyanı dəyişdirmək gücünə malikdir. Onlar misilsiz kəşf məkanları olaraq bizə keçmişimiz haqqında öyrədir və zehnimizi yeni ideyalara açır: "Bu günə kimi təkcə Bakının əsas muzeylərində deyil, həm də kənd yerlərində çoxlu sayda muzeyləri ziyarət etmişəm. Bölgələrdə ziyarət etmək üçün ən azı onlarla muzey var ki, onların çoxu Azərbaycanın görkəmli musiqiçilərinin, şairlərinin və alimlərinin ev-muzeyləridir. Mən bütün bunları kəşf etməkdən böyük məmnunluq duyuram və fürsətdən istifadə edərək, ziyarət zamanı həmişə göstərilən səmimi qəbula görə bütün muzey işçilərinə təşəkkürümü bildirirəm. Mən xüsusilə şadam ki, bu gecə Könül Rəfiyevanın kuratorluğu ilə “İsveç-Azərbaycan incəsənət dialoqu” layihəsi də təqdim olunur. Paytaxtımız Stokholmdan olan rəssam Lyudmila Kristeseva və bakılı Günel Ravilova heç vaxt şəxsən görüşməyiblər, lakin pandemiya zamanı onlar bu gecə nümayiş etdirilən bu gözəl instalyasiyanı yaradıblar".

Bədii hissədə Mədəniyyət Nazirliyinin "Yeni adlar" layihəsinin iştirakçılarından olan gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) çıxış etdilər. Onları Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.

Musiqiçilər tərəfindən Üzeyir Hacıbəylinin “Arazbarı” zərbi-muğamı, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”i, F.Mendelsonun “10 nömrəli simli simfoniya”sı və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”i ifa olundu.

Daha sonra dizayner Murad Hüseyn tərəfindən məşhur "Giedi" markasının muzey kolleksiyası əsasında hazırlanmış moda nümayişi oldu.

Sonra tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və müxtəlif mövzu və muzeyin tarixinin fərqli dövrlərini əks etdirən sərgi layihələri aləminə səyahət etdi. Fərhad Fərzəliyev, Günel Ravilova, İbrahim Babayev, Lyudmila Kristeseva, Timur Əmirxanov kimi rəssam və müəlliflərin multimedia instalyasiyaları, rəqəmsal layihələr, davamlı inkişaf və gender mövzularında əsərləri gecə boyunca muzeyin müxtəlif guşələrində nümayiş olundu.

Qeyd edək ki, “Muzeydə gecə-2022” multimedia aksiyasının tədbirləri Mədəniyyət Nazirliyinin onlayn platforması “Museum.az” üzərindən işıqlandırılırdı.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib