Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1402

Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu

Xəbər verdiyimiz kimi, 19-20 may tarixlərində Şuşa şəhərində “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir. 

Mayın 19-da beynəlxalq konfransın açılışından sonra tədbir öz işini plenar sessiyalarla davam etdirib. “Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu” mövzusunda birinci plenar sessiya Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardinin moderatorluğu ilə gerçəkləşib. M.Hardi çıxış edərək konfransın təşkilatçılarına minnətdarlığını bildirib. O, Şuşada keçirilən konfransın önəmini vurğulayaraq qeyd edib ki, əsas məqsəd dünyada müharibələrin olduğu və sülhə daha çox ehtiyac duyulduğu vaxtda Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi təqdirəlayiqdir: “Bu günə kimi bizim Azərbaycanla bu mövzuda bir neçə görüşlərimiz olub. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” (Peace4Culture) təşəbbüsü çərçivəsində görüşlərdə dayanıqlı inkişaf üçün sülhün rolu barədə müzakirələr aparmışıq”. 

Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köchler ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən söz açıb. Deyib ki, Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidmətləridir ki, bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev bu gün uğurla davam etdirir.

TÜRSOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru, dayanıqlı ətraf mühit üzrə beynəlxalq ekspert Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Gülşən Paşayeva çıxışları zamanı ölkəmizin təşəbbüskarı olduğu mədəniyyətlərarası dialoq və bir sıra bu qəbildən olan beynəlxalq layihələrin həyata keçirilməsinin əsas səbəbinin tarixən ərazimizdə fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olduğunu bildiriblər.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən postmünaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh" (“Peace4culture”) qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. 

***

II plenar sessiya “Dayanıqlı sülhün təməli - mədəni irs”  mövzusuna həsr olunmuşdu. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin moderatorluğu ilə keçən sessiyada xidmət rəisi çıxışı zamanı diqqətə çatdırıb ki, sülhün dayanıqlı inkişafı hüquqi şərtdir. Mədəniyyətimiz haqqındakı bilikləri gələcək nəsillərə ötürməli və qorumalıyıq.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şuşada belə mötəbər bir tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Bu şəraiti yaradan insanlara dərin təşəkkürünü bildirib: “Qarabağın gözü olan Şuşaya yığılmışıq. Prezident İlham Əliyev 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan edib. Şuşa bizim mədəniyyətimizin paytaxtı, memarlığımızın güzgüsüdür. Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi tarixi addımdır. Bu münasibətlə müxtəlif tədbirlər keçirməyi nəzərdə tuturuq. Şuşa bu gün artıq dirçəlir, şəhərdə festivallar, konfranslar keçirilir. Gələn il isə Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY kimi beynəlxalq təşkilatların himayədarlığı ilə bir sıra tədbirlər keçiriləcək”.

Günay Əfəndiyeva qeyd edib ki, dayanıqlı sülhün təməli –mədəni irsin  qorunması vacib şərtlərdəndir. 
Daha sonra Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin,  Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, UQAM-da Yaxın Şərq məsələləri üzrə mütəxəssis Sebastian Bussua və başqalarının  məruzələri dinlənilib. Çıxışlar zamanı qeyd edilib ki, mədəni irs, maddi və ya qeyri-maddi irsin mühüm hissəsidir və bu kim olduğumuzu anlamağa kömək edir. Mədəniyyət  keçmişin, tarixin  toplusudur. Əvəzolunmaz mədəni irsimizi qorumaq və gələcəyə ötürmək bizim borcumuzdur. Mehriban və sakit gələcək üçün sülh və münaqişəsiz dünya yaratmalıyıq. Mədəni irsin və müxtəlifliyin təbliği də mühüm amildir. Sülhü bərpa etmək üçün şəxsiyyət anlayışı, mədəniyyətlərarası mübadiləyə diqqət yetirmək və müxtəlif sosial qruplar arasında dialoq yaratmaqla nail olmaq olar. mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib