Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1193

Xalq artisti Vaqif Əsədov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. 19 may 2022-ci ildə Xalq artisti, Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Prezident təqaüdçüsü Vaqif Firudin oğlu Əsədov dünyasını dəyişmişdir.   

Vaqif  Əsədov  5 aprel 1947-ci ildə Naxçıvan  Muxtar Respublikasında anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirərək, 1969-1989-cu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor və baş rejissor vəzifələrində çalışmışdır. 1989-cu il yanvar ayının 1-dən bu günədək isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru olmuşdur.

Onun Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Açıl, bənövşəm açıl”, “Ana laylası” (İ.Coşğun), “Mağara” (A.Həsənzadə), “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “Adsız” (F.Mustafa), “Oliver Tvistin macəraları” (Ç.Dikkens), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Yarımçıq qalmış” (Y.Abramov, L.Bəyim), “Oqtay Eloğlu” (C.Cabbarlı) və digər tamaşaları  səhnə həlli və uğurlu rejissor işi ilə yaddaşlara həkk olunmuşdur.

Vaqif Əsədov Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Əlincə qalası” (H.Arzulu), “Qarağaclar altında məhəbbət”  (Y.Onil ), “Elektra” (Sofokl), “Sükut divarı” (P.Messini), “Bəxt üzüyü” (V.Səmədoğlu) tamaşalarına maraqlı  səhnə quruluşları vermişdir.

Rejissor həmçinin Akademik Milli Dram Teatrında “Burlaxatun” (N.Xəzri), İrəvan Dövlət Dram Teatrında “Məhəbbət yaşayır hələ” (Hidayət), Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Qar çiçəyi” (Y.Abramov, L.Bəyim) tamaşaları ilə qəlbləri fəth etmişdir.

Vaqif Əsədovun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmır. O, eyni zamanda bir sıra iri miqyaslı dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olmuşdur. Belə tədbirlərdən Cəlil Məmmədquluzadənin 120  və 150 illiyi, Hüseyn Cavidin 120 illiyi, ,  Səməd Vurğunun 100 illiyi, Həsən Turabovun  80 illiyi, Mehdi Məmmədovun 100 illiyi, Leyla Bədirbəylinin 100 illiyi,  “Yeni teatr” gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimləri, Gənclər Festivalı çərçivəsində “Tarixin canlı səhifələri”ni qeyd etmək olar. İstedadlı rejissor həm də “I və II Nəsimi – şeir, incəsənət və mənəviyyat” festivalları çərçivəsində Leyla Bəyim və Yefim Avramovun müəllifi olduğu “İmmolatio” ("Qurbanvermə") və  “LEYLA. FONS VITAE” poeziya tamaşalarına maraqlı səhnə həyatı bəxş etmişdir.

Milli mədəniyyətimizin inkişafındakı xüsusi xidmətlərinə görə Vaqif Əsədov 1977-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif edilmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olan rejissor, 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülmüşdür.

Gözəl insan, istedadlı sənətkar Vaqif Əsədovun xatirəsi tamaşaçıların, həmkarlarının, əzizlərinin qəlbində əbədi yaşayacaqdır. 

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib