Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
861

Mədəni gənclik bir gecəsini Paris Notr-Dama ithaf edib

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində BDU tələbələrinin dünya və Azərbaycan klassikasının ən parlaq nümunələri ilə tanışlığı davam edir. Ötən həftə Akademik Milli Dram Teatrında dahi Mirzə Cəlilin “Ölülər” tragikomediyasının yeni səhnə təfsirinə tamaşa edən gənclər bu dəfə dünya mədəniyyətinin əvəzsiz inciləri ilə tanışlıq imkanı qazanıblar. Tələbələr may ayının 24-də Akademik Musiqili Teatrda "Paris Notr-Dama ithaf" tamaşasına baxıblar. Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında, rejissor Samir Qulamovun quruluşunda hazırlanmış tamaşa tələbələr tərəfindən maraqla qarşılanıb. Gənclər 2 saat ərzində incəsənət dünyasına qərq olmaq, XII-XIV əsrlərdə tikilmiş, bir çox tarixi hadisələrə şahidlik etmiş əsrarəngiz Notr-Dam kilsəsi, V.Hüqo qələminin möcüzəli toxunuşu ilə yaranmış əsərlə və bir-birindən gözəl musiqi nömrələri, parlaq aktyor ifaları ilə zəngin maraqlı tamaşayla tanış olmaq imkanı qazanıblar.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi İlqar Fəhmidir.

Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr tamaşadan böyük zövq aldıqlarını, “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin onların dünyagörüşünün və mədəni zövqünün formalaşmasına böyük təsir göstərdiyini qeyd ediblər.

Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb