Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1316

Bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olunub

Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olundu.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət qayğısından danışdı. Dedi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən yaradıcı şəxslərə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi vurğuladı.

Nazir daha sonra dedi: “Bu gün əlamətdar bir gündür. Cənab Prezidentin sərəncamı ilə təltif olunduğunuz fəxri adların vəsiqə və nişanları sizə təqdim olunacaq. Qeyd etmək istərdim ki, dövlətimiz hər zaman mədəniyyət işçilərinin yanındadır. Bizim mədəniyyətimizə, incəsənətimizə xidmət edən şəxslərə dövlət tərəfindən daim qayğı göstərilir. Ulu öndərin sənət adamları ilə görüş və söhbətləri bu gün də işıqlı xatirələrlə yad edilir. Onun bu diqqəti mədəniyyət xadimlərinin cəmiyyətimizin həyatında nə qədər vacibliyini göstərirdi. Məmnunuq ki, dövlətimizin mədəniyyət xadimlərinə diqqəti bu gün də davam etdirilir”.

Anar Kərimov qeyd etdi ki, mədəniyyət ölkənin ən vacib sahələrindən biridir: “Biz mədəniyyəti çox geniş məfhum kimi görürük. Yanşamamız ondan ibarətdir ki, cəmiyyətimizin inkişafında, yeni nəsillərin düzgün tərbiyə edilməsində mədəniyyətin rolu artırılmalıdır. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, mədəniyyət həm də dövlətçiliyimizin rəmzlərindən biridir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu sahədə çalışan hər bir insan öz peşəsi ilə çox vacib missiyanı yerinə yetirir. Hər birinizin öz sahəsində mədəniyyətimizin zənginləşdirilməsi, cəmiyyətin inkişafı və gənc nəslin milli ruhda tərbiyəsində böyük rolu var. Cəmiyyət həm də mədəniyyətlə möhkəm və güclü ola bilər. Onu güclü edən bu sahənin görkəmli simalarıdır”.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov ərazi bütövlüyümüzün bərpasının ölkəmizdə reallıqlar yaratdığını dedi. Qeyd etdi ki, bu bütövləşmə eyni zamanda mədəniyyətimizi də əhatə edir. Nazir diqqətə çatdırdı ki, Vətən müharibəsi sona çatsa da, informasiya savaşımız davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik. Biz müharibə dövründə bir yumruq kimi cənab Prezidentin ətrafında birləşib Ordumuza dəstək olmuşduqsa, bundan sonra da bu missiyanı şərəflə davam etdirməli, əldə etdiyimiz bu Zəfərin yaratdığı əhval-ruhiyyəni əsərlərimiz, fəaliyyətimizlə möhkəmləndirməliyik. Bu Zəfər ruhunun zəifləməsinə imkan verməyək. İşğaldan azad olunan ərazilərimizi yenidən qurmaq, bərpa etmək, mədəniyyətimizi, kimliyimizi, ruhumuzu həmin torpaqlara qaytarmaq üçün birgə çalışmalıyıq”.

Anar Kərimov çıxışının sonunda mədəniyyət və incəsənət xadimlərini dövlət təltifləri və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

Daha sonra 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sənətinə və fəaliyyətinə göstərdikləri diqqətə görə təşəkkür etdi. Rəşadətli Ordumuzun müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad edərək qazandığı Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji əhəmiyyətini qeyd edən Xalq rəssamı mədəniyyət xadimlərinin, o cümlədən Rəssamlar İttifaqının həmrəy olaraq haqq səsimizin beynəlxalq sənət aləminə çatdırılmasına çalışdığını dedi: “Tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük müharibədə qazandığımız Qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasəti,  Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı Zəfər çaldı. Rəssamlar İttifaqı olaraq bir sıra respublikaların həmkar qurumlarına dəfələrlə məktubla müraciət edərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etirazımızı bildirmişik”.

Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə 1-ci dərəcəli “Əmək” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Əməkdar mədəniyyət işçisi”, “Tərəqqi” medalı, “Əməkdar artist”, “Əməkdar rəssam” fəxri adlarının nişanı və vəsiqələri təqdim olundu.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib