Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
926

Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğuladı.

Nazir diqqətə çatdırdı ki, Ədalət Vəliyev mədəniyyət sahəsində çalışdığı hər bir vəzifədə öz fəaliyyətində yüksək təşkilatçılıq, peşəkarlıq nümayiş etdirib, bu sahədə mühüm layihələrin gerçəkləşməsində imzası olan bir insandır.

Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu etdi.

Daha sonra orden Ədalət Vəliyevə təqdim olundu. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, 60 illik həyatının 42 illik əmək fəaliyyətinin 39 ili mədəniyyət sahəsində ölkəmizə xidmət etməklə keçib, ömrünün böyük hissəsini Azərbaycan teatrına, mədəniyyətinə həsr edib: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm, 1993-cü ildən mədəniyyət nazirinin müavini kimi fəaliyyətimi davam etdirmişəm”. Bu illər ərzində ölkəmizdə mədəniyyət sahəsinin idarə olunmasında, bu sahənin inkişafı naminə fəaliyyət göstərdiyini qeyd edən Ədalət Vəliyev bundan sonra da Azərbaycan mədəniyyətinə xidmət edəcəyini vurğuladı.

Ədalət Vəliyev sonda, başda ölkə rəhbəri olmaqla, onun fəaliyyətini, əməyini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ədalət Məqsəd oğlu Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümumtəhsil məktəbində, 1968-1973-cü illər ərzində həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, universiteti filoloq ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə çalışıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olan Ədalət Vəliyev “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri”, “Əqidə, ruh və teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyaların, “Teatr sənətimiz : dünən, bu gün, sabah...” , “Yeni təməl” kitablarının müəllifidir. Teatrşünaslıqla bağlı kitabları ingilis dilində (“The Structure of a Modern Theatre”, Belief, Spirit and Theatre” Türkiyədə, İngiltərədə nəşr olunub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ədalət Vəliyevə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib.

XƏBƏRLƏR

22.03.2019 15:46
Bu gün Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
21.03.2019 15:35
Daşkənddə “Xalqların adət-ənənələri və mətbəxi” adlı mədəniyyət festivalı təşkil olunub
20.03.2019 15:49
UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub
19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:52
Azərbaycanlı və türkiyəli rəqqaslar Bakıda eyni səhnəni bölüşüblər
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 15:19
Novruz bayramı münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110”, “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılış mərasimi
19.03.2019 15:16
Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür