Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4422

Şabranda “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” müzakirə olunmuşdur

16 noyabr 2017-ci il tarixində Şabran şəhər Mədəniyyət Sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və birgə təşkilatçılığı ilə Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” mövzusunda diskussiya həyata keçirilmişdir.

Diskussiyada İdarənin nəzdində olan mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərlərinin, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.

Tədbirin məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dərnəklər arasında əlaqələrin genişləndirilməsidir.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əsgərova,  Elmi-Metodiki mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, Şabran rayon üzrə nümayəndəsi Əhməd Səmədov çıxış etmişlər.

İlk öncə Şabran rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinin hazırladığı “Cəsurlar” uşaq tamaşası nümayiş etdirilmişdir.

Daha sonra mərkəzin əməkdaşları Elnarə Hacıyevanın “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təşkili”, Afaq Ağayevanın  “Xalq teatrlarında repertuar seçimi”, Aygün Balabəyovanın “Xalq teatrları, dram dərnəkləri  və təbliğat” mövzularında çıxışları dinlənilmişdir.

Çıxışlar və nümayiş  ətrafında  geniş diskussiyalar yaranmışdır. Şabran rayon  Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova, dram dərnəyinin rəhbəri  Cabir Əmrahov, “Xnayaxdı” folklor kollektivinin bədii rəhbəri Bayram Ağasıyev diskussiyada dram dərnəklərin və xalq teatrlarının gələcək fəaliyətinə dair təkliflər səsləndiriblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi