Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
8705

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin uğurlu çıxışları davam edir

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi altında 23-26 may 2018-ci il tarixində Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Gürcüstanda keçiriləcək tədbirlərdə iştirak edərək, konsert proqramları ilə çıxış edəcək.

Qeyd edək ki, məktəb kollektivi Türkiyə Respublikasına səfərdən yeni qayıdıb. Belə ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi ilə Türkiyə Cümhuriyyəti İstanbul ili Maltepe Bələdiyyəsinin birgə layihəsi üzrə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib. Türkiyə hökumət nümayəndələrinin, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın millət vəkilləri Nizami Cəfərov, Musa Qasımlı, Türkiyədə çalışan azərbaycanlı sənətçilərin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin razılığı əsasında Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi kollektivinin qatıldıqları tədbirlər çərçivəsində, “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” parkı açılıb, azərbaycanlı rəssamların əsərlərindən təşkil olunan sərgi nümayiş edilib, konfranslar keçirilib. Yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə fəal iştirakçılar xüsusi qeyd edilib, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim İkram Manafova Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Türkiyə Cümhuriyyəti İstanbul ili Maltepe Bələdiyyəsi tərəfindən “Onur plaketi” təqdim edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi