Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
343

Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub

Ağsuda Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi münasibətilə uşaq musiqi məktəbinin təşkilatçılığı, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə musiqisevərlərə geniş konsert proqramı təqdim olunub. Şəhər mədəniyyət sarayında təşkil olunan konsertdə yüzlərlə tamaşaçı iştirak edib.

Uşaq musiqi məktəbinin xanəndəlik şöbəsinin müdiri və müəllimi, Əlibaba Məmmədovun yetirməsi Kamil Ağayev böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb. Vurğulayıb ki, 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açan Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkar özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ilə xalqın sevgisini qazanıb.

K.Ağayev “Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına diqqəti cəlb edərək, bu Sərəncamın dövlət başçısının Azərbaycan mədəniyyətinə, tanınmış sənət adamlarına diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib, bunun üçün Prezidentə musiqiçilər adından minnətdarlığını bildirib.

Ağsunun Quraqaşlı kəndindən konsertə gələn, 91 yaşlı Düldül Səmədov gənc yaşlarından Əlibaba Məmmədovun səsinə, özünəməxsus ifa məharətinə heyran olduğunu deyib: “Muğamı çox sevirəm. Əlibabanın ifasını dinləyəndə özümü həmişə ecazkar bir dünyada sanıram. O, mənim üçün dahi bir sənətkar olub və həmişə də belə qalacaq”.

 

AZƏRTAC

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb