Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3111

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq

Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq:

“Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ.Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər.

Son dövrlərdə Akademik  Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov  və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub.  Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gəncrejissorlar Anar Babalı və  Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”.

Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb:

“Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki,mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb.Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət  Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan  kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.

Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artistfəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb.

Yola saldığımız mövsümdə teatrımızda yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu”  tamaşaları təhvil verilib.

Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.

XƏBƏRLƏR

18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb