Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2123

“Akademik Musiqili Teatrın Könüllüləri” fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı incəsənətə, teatra marağı olan gəncləri “Akademik Musiqili Teatrın Könüllüləri” dəstəsində öz ətrafına toplayıb. 

Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev layihənin məqsədi haqqında ətraflı məlumat verib. Sonra o, yeni yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim edib.

A.Şəkərova “Akademik Musiqili Teatrın Könüllüləri” ideyasının reallaşmasında yaradılan şəraitə görə gənclər adından teatr rəhbərliyinə təşəkkür edib.

“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür.

“Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq”, – deyə Ə.Lalayev vurğulayıb. 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi