Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3749

ATMU-da “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda təlimlər keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının birgə təşkilatçılığı ilə turizm sahəsində çalışan  işçilər və universitet tələbələr üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda iki günlük təlimlər təşkil olunub.

Marketinq kafedrasının müdiri Anar Eminov qonaqları salamlayaraq təlimin məqsədi haqqında məlumat verib və qeyd edib ki, “Turizm sənayesində fəaliyyət göstərən və ya kariyerasını bu istiqamətdə quracaq tələbələr daim müvafiq sektorda yeni innovativ yanaşmaları izləməli, beynəlxalq standartlara, tələblərə cavab verəcək şəkildə fəaliyyətlərini planlamalıdırlar. Bir ölkənin turizm gəliri həmin ölkəyə turist tələbi ilə düz mütənasibdir. Turist tələbinə təsir edən turizm potensialı hər bir ölkədə müəyyən qədər əhəmiyyətli dəyər hesab olunur. Deməli, başlıca vəzifə turizm potensialının  tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdən ibarətdir. Məhz bu baxımdan turizm təhsilinin günümüzdə artan önəmi diqqəti çəkir. Əks təqdirdə beynəlxalq turizm bazarından gələn gəlirlər heç bir zaman istənilən səviyyəyə çatmayacaqdır. Çünki keyfiyyətli şəkildə istehsal olunmayan turizm məhsulu istehlakçılar tərəfindən rəğbət görməməkdədir və dolayısı ilə də rəqabət şansı yoxdur.”

“Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, təlimin növbəti günündə Azərbaycan Respubliksının Prezidentinin sərəncamına əsasən  tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasına müvafiq olaraq skype vasitəsilə xarici ekspertlərin mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub. Bu da universitetin tədris sisteminə yeni tətbiq etdiyi “Boston Modelinin” tərkib hissəsidir.

Təlimdə Türkiyədən ekspert qismində dəvət olunan Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda çıxış edərək təlim iştirakçılarını yeni marka strategiyalarının qurulması metodları ilə tanış edib. Bununla yanaşı Azersun Holding Süd Məhsulları qrupunun marketinq şöbəsinin müdiri Elşən Əmirov “Qastronomik turizmdə yeni məhsul strategiyaları”, xarici ekspert qismində Bilge Işıkkent  “Turizm faaliyeti için ülkenin geografik konumunun, avantaj/dezavantaj”, ATMU-nun əməkdaşı, həmçinin sənaye təmsilçisi, ekspert Uğur Babayev  “Turizm yatırımları ve turistlerin beklentileri, güvenlik, temizlik, hizmet kalitesi, beslenme uyumu, v.s.” mövzularında çıxış edib.

Təlimin sonunda iştirakçıların rəyləri, təklifləri nəzərə alınıb və daha fəal  iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!