Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1994

Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən Qazax rayonundakı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında yaponiyalı və azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq ekspedisiya fəaliyyət göstərir. Müvafiq memorandum Mədəniyyət Nazirliyi tərəfindən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti arasında bağlanıb.

Beynəlxalq ekspedisiyanın işlədiyi müddət ərzində mühüm nəticələr əldə edilib. Qobustandan sonra Damcılı mağara düşərgəsinə Mezolit dövrü təbəqəsinin aşkar edilməsi, bu dövrə aid maddi-mədəniyyət nümunələrinin, qiymətli tapıntıların əldə edilməsi ərazinin ən qədim yaşayış düşərgəsi olmasını bir daha sübut edir.

Mədəniyyət naziri Əbülfəs Qarayev ötən il qoruq ərazisində aparılan arxeoloji işlərlə, qazıntılar zamanı əldə edilmiş tapıntılardan ibarət sərgi ilə tanış olarkən qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini vermişdi.

Həmçinin burada mədəniyyət nazirinin, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı  və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun, yaponiyalı və azərbaycanlı mütəxəssislərin iştirakı ilə Damcılı qədim yaşayış düşərgəsinin gələcək perspektivləri, infrastrukturu və s. ilə bağlı fikir mübadiləsi aparılmış, o cümlədən ərazinin abadlaşdırılması, yeni yolun çəkilməsinin vacibliyi vurğulanmışdı. Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Avey qoruğunun inkişafı ilə bağlı müvafiq təkliflər hazırlayıb.

Eyni zamanda, ekspedisiyanın işlədiyi müddətdə rayon İcra Hakimiyyətinin  başçısı Rəcəb Babaşov bir neçə dəfə ərazidə olmuş və ekspedisiyanın mövcud iş şəraitini yaxşılaşdırmaq, Damcılıya gələn turistlərin yolunu abadlaşdırmaq üçün avtomobil meydançasının 200 kvadratlıq sahəsinə asfalt döşənmişdi. Nazirin iştirakı ilə keçirilən həmin görüşdə icra başçısı Bakı-Qazax-Tibilisi magistral yolunun Daş Salahlıya birləşdirən hissəsi asfaltlanacağını bildirərək bu yolun daha 3 km – dünya əhəmiyyətli abidə olan Damcılıya qədər uzadılmasını təklif etmişdi.

Bu günlərdə rayon İcra Hakimiyyətinin dəstəyi ilə həmin işlərə başlanılıb. Daş Salahlı–Ürkməzli–Dəmirçilər kənd yolunun yenidən qurulması layihəsinə ilk olaraq qoruğun “Damcılı” filialından start verilib. Qoruqla Daş Salahlı kəndini birləşdirən 3 km yola asfalt örtüyü çəkilir.

Bundan əlavə, rayon İcra Hakimiyyəti başçısı Göyəzən dağına ətrafın yaşıllaşdırılması və daha çox turistin cəlb edilməsi məqsədilə suyun çəkilməsi üçün müvafiq qurumlara tapşırıq verib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb