Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5877

Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu

Mayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi.

Filarmoniyada təhsil alan uşaqlar teatrlaşdırılmış səhnəciklə qonaqları foyedə qarşılayaraq təmirdən çıxmış binanın müjdəsini verdilər.

Mərasimdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev filarmoniyanın təmirdən sonrakı vəziyyəti ilə tanış oldu. Təmir işlərinin yüksək səviyyədə təşkil edildiyini bildirən nazir Uşaq Filarmoniyasının açılışını ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi: “Hazırda Azərbaycanın müxtəlif yaradıcı kollektivlərində çalışan adlı-sanlı sənətkarların bir çoxu 1991-ci ildən fəaliyyət göstərən bu mədəniyyət ocağının yetirməsidir. Filarmoniyada bir neçə istiqamət üzrə 500-dək uşaq təhsil alır. Filarmoniyada rəqs, rəssamlıq və digər sənət növləri tədris edilir. Təmirdən sonra burada təhsilin səviyyəsi əvvəlkindən də yüksək olacaq, mədəniyyət ocağına üz tutan uşaqların sayı daha da artacaq. İnanıram ki, filarmoniyada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Bu mədəniyyət ocağının yüksək səviyyədə təmirinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev uşaqlara hər zaman böyük qayğı göstərirdi və bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Azərbaycanda həyata keçirilən strategiyanın prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin və təhsillərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir: “Bu gün bizim kollektiv üçün çox xoş bir gündür. Uşaqlar üçün yaradılan belə gözəl şəraitə görə bütün əlaqədar qurumlara valideynlər və uşaqlar adından təşəkkürümüzü bildiririk”.

Direktor qeyd etdi ki, Uşaq Filarmoniyası balacaların bədii-estetik inkişafında, istedadlarının üzə çıxmasında, onların formalaşması ilə əlaqədar sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub saxlamaq filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaqların arasından istedadlılar aşkar edilir.

Çıxışlardan sonra Uşaq Filarmoniyasının təşkil etdiyi rəngarəng konsert proqramı təqdim edildi. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı.

Konsert proqramını izləyən nazir bir daha uşaqları təbrik edərək onlara yeni təmirdən çıxmış binada nailiyyətlər arzuladı: “Ümidvaram ki, yeni şəraitdə görkəmli incəsənət xadimlərindən dərs alan şagirdlər mədəniyyətimizə öz töhfələrini verərək, gələcəyin ulduzlarına çevriləcəklər. Bu işdə müəllimlərə, valideynlərə və uşaqlara uğurlar arzulayıram”.

Qeyd edək ki, ötən il təmirə bağlanan Azərbaycan Dövlət Uşaq Filarmoniyası yeni avadanlıqlarla təmin edilib, məşğələ zalları və böyük konsert zalı yenilənib. Kollektivə rəqs qrupları üçün yeni kostyumlar hədiyyə edilib.

Hazırda filarmoniyada Folklor mahnı və rəqs ansamblı, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi, Uşaq teatrı, Kamera ansamblı, Nəfəsli alətlər ansamblı, Bacarıqlı əllər rəsm dərnəyi, Gənclər simfonik orkestri, Gənclər xalq çalğı alətləri orkestri fəaliyyət göstərir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb