Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
203

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xivədə Türk dünyası ölkələri poeziya günləri keçiriləcək

2020-ci ildə “Özbəkistanın Xivə şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Özbəkistan, Azərbaycan və digər Türk dünyası ölkələrinin şairlərinin bu şəhərdə təntənəli poeziya gününün keçirilməsi nəzərdə tutulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Yazıçılar Birliyi ilə birgə reallaşdırılacaq təntənəli şeir gecəsi 2020-ci ilin mart ayında Özbəkistanın Xivə şəhərinin Türk dünyasının mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar keçiriləcək və tədbirdə Özbəkistan və Azərbaycan ədəbiyyatının tanınmış simaları, xalq şairləri, gənc şairləri iştirak edəcəklər. Tədbirə türk dünyasının digər ölkələrindən də şairlər dəvət olunacaqlar.
Tədbir çərçivəsində iştirakçılar türk dünyası ölkələri şairlərinin şeirlərini dinləyəcək, şairlərimiz qardaş ölkələrin ədəbiyyatları, sənətləri haqqında düşüncələrini bölüşəcək və onlar arasında fikir və sənət mübadiləsi həyata keçiriləcəkdir. Poeziya günlərinin iştirakçısı olan şairlərin Xarəzm vilayətindəki Urgənc Dövlət Universitetinin tələbələri ilə görüşləri, Dövlət Televiziyasında təşkil olunan verilişdə iştirakları nəzərdə tutulub.
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın şairlərinin şeirlərinə bəstələnən Qala-konsert keçiriləcəkdir. Konsertdə hər iki ölkənin tanınmış muğam ustaları çıxış edəcəklər.
Qeyd edək ki, iştirakçı şairlər Özbəkistanın ali məktəblərində yaradılmış Azərbaycan Mərkəzləri, ocaqları ilə tanış olacaq, Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına dil, ədəbiyyat, Folklor İnstitutunda təşkil edilən Nəsimi adına Azərbaycan ədəbiyyatı Mərkəzinin açılışına da qatılacaqlar.

XƏBƏRLƏR

18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”