Simmetriya termini ilk dəfə Qədim Yunan filosofları tərəfindən proporsionallıq, hissələrin bütöv strukturu, harmoniya kimi ifadə olunub. Yunan dilindən dilimizə keçən συμμετρα- symmetria sözü mütənasiblik kimi tərcümə olunur. Qədim yunanlar üçün simmetriya mükəmməlliyin ayrılmaz bir atributu idi: simmetriyanı itirmiş əşyanın öz gözəlliyini də itirməsi qaçılmazdır. Qeyd etmək lazımdır ki, gözəllik və mükəmməllik digər estetik meyarlar kimi mütləq deyildir. Onlar təbiətin təsiri altında yaranmış və yaradılma etibarı ilə simmetriyanı özündə əks etdirir.
Simmetriya anlayışı çoxəsrlik insan yaradıcılığında daima mövcuddur. Bir çox xalqlar qədim zamanlardan simmetriya barədə balans və harmoniyanın ekvivalenti kimi geniş anlayışa sahib olmuşlar.
Azərbaycan Milli İncəsənət Muzeyi yeni il ərəfəsində - 17 dekabr tarixində “Açıq qapı” günü elan edir. Paytaxt sakinləri və şəhərimizin qonaqlarını simmetrik və assimetrik kompozisiyalı harmonik və ilhamverici unikal incəsənət əsərləri ilə tanış olmağa dəvət edirik.