Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2747

Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır

May ayının 25-də saat 18:00-da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas  Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının  nümayişi nəzərdə tutulur. Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, Azərbaycan Cümhuriyyət hökumətinin üzvləri haqda məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslan Ordusunun və Azərbaycan ordusunun və sərkərdələrinin foto görüntüləri verilmişdir. Eksponatlar arasında Azərbaycan Cümhuriyyətinin xəritələri xüsusi yer tutur. Bu xəritələr sırasında Paris Sülh Konfransına təqdim edilmiş xəritə, eləcə də Cümhuriyyətin sərhədlərini əks etdirən digər siyasi xəritələr vardır. Ekspozisiyada həmçinin, 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qızıl Ordusunun vaxtı ilə Bakıda çəkilmiş fotoları da yer alacaqdır. 

Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmasına baxmayaraq, XX əsrin əvvəllərində yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz müstəqil dövlətinin yarandığını bütün dünyaya İstiqlal Bəyannaməsi ilə elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 ay mövcud olmasına rəğmən  ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə  inkişaf etmişdir. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə,  Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov, Fazil Nəcəfov  və onlarla başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıtmışdır.  Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutmuşdur.

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək müasir Azərbaycan Respublikasının təməllərini möhkəm zəmin üzərində qurdu. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli və ““2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli sərəncamlarını imzalamaqla xalqımızın taleyüklü məsələlərinin həllinə verdiyi töhfələri bir daha təsdiqləyərək, Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!” ideyasına sadiq qalaraq, müstəqillik ideyalarının və Azərbaycan dövlətinin əbədiliyinə inam hislərini daha da artırmış oldu.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi