Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2172

Azərbaycan Misirin Qahirə şəhərində keçirilən konfransda təmsil olunur

20 noyabr 2017-ci il tarixində Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəznindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması mərkəzinin təşkil etdiyi, “ Əsrlər boyu Ərəb dünyasında uşaq ədəbiyyatı “ adlı konfransda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi "Misir nağılları Azərbaycan uşaqlarının gözü ilə “ adlı rəsm sərgisi ilə iştirak edirdi. Tədbirdə, Ərəb ölkələrinin ziyalıları, uşaq kitabxanalarının  rəhbərləri,  uşaq yazarları, uşaq ədəbiyyatının tədqiqatçı alimləri və s. nümayəndələr  iştirak edirdilər. 2-ci Beynəlxalq  konfrans İordaniya, Küveyt, Marokko,  Livan,  Fələstin,  Səudiyyə Ərəbistan,  Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox müxtəlif dövlətlərdən qatılmışdılar.  Konfrans  Azərbaycanlı uşaqların Misir nağıllarına çəkdikləri rəsm sərgisinin nümayişi  ilə başladı. Sərgidə 30 nağıl əsasında çəkilmiş, 30 rəssam uşaqların 51 rəsm əsəri təqdim olundu. Sərgi Ərəb dünyasının uşaq ədəbiyyatı ilə məşğul olan  mütəxəssisləri tərəfindən  böyük rəğbətlə  qarşılandı. Tədbiri Misir Milli kitabxanasının direktoru Dr.Nader  Abdeldayem açaraq,  gələn qonaqları və tədbir iştirakçilarını ürəkdən salamlayaraq, Misir Milli Kitabxanası və  Arxivlər İdarəsinin sədri professor Əhməd Seyyid Məhəmməd Şövqinin salamlarını iştirakçı qonaqlara çatdırdı.  Daha sonra söz Uşaq Sənədləşdirilməsi və Tədqiqatları Mərkəzinin direktoru Xanım İman ABD Al  Əzizə verildi. O da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, konfrans iştirakçılarına uğurlar arzuladı. Tədbir Ərəb ölkələrinin görkəmli nümayəndələrinin çıxışları ilə davam etdi. Sonra söz, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərovaya verildi. O, “Misir nağılları Azərbaycanlı uşaqların gözü ilə” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, nağıllar şifahi xalq ədəbiyyatının ən çox sevilən janrlarından biridir. Qəmbərova, dünya ədəbiyyatının xalq nağıllarına xas olan ortaq xüsusiyyətlərindən geniş söhbət açaraq,  Misir nağıllarının özünə məxsusluğunu qoruyaraq öz inkişaf dövrünü keçdiyini və bu nağıllarda onların öz milli adət və ənənələri ilə yanaşı köklərinə bağlılıqlarınında əks olunduğunu vurğuladı. O, çıxışında  layihə  haqqında söhbət açıb, Misir nağıllarından 30 nağılın Ərəb dilindən Azərbaycan dilinə tərcümə olunaraq yaxın vaxtlarda çap olunacağı barədə genış məlumat verdi.  Qəmbərova çıxışının sonunda Misir Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırmaları Mərkəzləri ilə F.Köçərli  adına Respublika Uşaq Kitabxanasının mədəni və ədəbi əlaqələri üçün bundan sonrada bir çox layihələrin həyata keçirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini xüsusi ilə qeyd etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb