Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1920

Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar

Aprelin 16-da Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə bir sıra qonşu ölkələrin dövlət və hökümət başçıları, Mədəniyyət və Turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktorları iştirak etmişlər. Azərbaycanı açılş mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil etmişlər.

Qətər Milli Kitabxanası məhşur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və bu modern və möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunmuşdur. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilmişdir və tam sərbəst istifadə olunur.  Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılmışdır. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunmuşdur. Açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Wastawy, bir sıra dünya milli kitabxanalarının direktorları, binanın arxitektoru Rem Kulhas və texniki mühəndisi çıxış etmişlər.

Sonra Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani qonaqların şərəfinə ziyafət vermişdir. Ziyafətin sonunda Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Respublikasının prezidentinin salamlarını cənab əmirə çatdırmış və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etmişdir. Aprelin 17-də Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi olacaqdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi