Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6405

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ucal Azərbaycanım” mövzusunda tədbir keçirilmişdir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ucal Azərbaycanım”  mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov ulu öndər Heydər Əliyevin  “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisədir” sözləri ilə açandan sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirdi.  Prezidentin bu Sərəncamında bir daha  müasir müstəqil Azərbaycan Respublikasının  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasının,  Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyətinin  əküs olunduğunu  qeyd etdi. Tahir Sadıqov çıxışını Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması  xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirilir” sözləri ilə bitirdi.

 “YAP Yasamal rayonu Qadınlar Şurasının və  Ağbirçəklər birliyi”nin sədri Tamilla Şahbazova  çıxışında bildirdi ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə  qoyulmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.

 “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə çıxışında müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin  xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmasından,  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunundan danışdı.

Beynəlxalq Ekologiya Akademiyasının müşaviri Fazil Hacıyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından danışmaq dövlətçilikdən danışmaq deməkdir.  100 il əvvəl, may ayının 28-də yaradılan  Azərbaycan Xalq Cümhuriyyəti    xalqımızın tarixində mühüm bir hadisə  olmuşdur.  Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur.

AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz  Dəmirçiqayalı Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi şer söylədi

Tədbir boyu  Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarx  nümayiş edildi.    

Tədbirin sonunda  bir neçə iştirakçıya Fəxri Fərman təqdim olundu, “Azərbaycan Xalq Cümhuriyyəti- 100” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb