“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsinə eskizlərin qəbulu müddəti uzadılmışdır
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bütün yaş kateqoriyalarında olan istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edir.
Milli naxış və ornamentlər mövzusuna həsr olunan müsabiqə istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü, ənənə və dəyərlərimizi yaşatmaq məqsədini daşıyır.
Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə 04 mart 2019-cu il tarixinədək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər.
I, II, III yer üzrə müsabiqə qalibləri pul mükafatı, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş diplom və sertifikatlarla təltif olunacaqlar.
Əlaqələndirici şəxslər : Vüqar Məmmədov (012) 498 19 94,
Elvira Məmmədova (050) 342 00 43.