Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqina həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcəkdir
1498
24.01.2019
24.01.2019 10:11
28 yanvar tarixində saat 12:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yollarının və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə həmin Akademiyada Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqina həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcəkdir.
“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində “Salnaməfilm studiyası”nda çəkilən “Viktor Seryoqin” filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır.