Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində
31 musiqi, 6 incəsənət məktəbi fəaliyyət göstərir. Məktəblərdə şagirdlər fortepiano, qanun, kamança, tar, nağara, truba, klarnet, vokal və digər ixtisaslar üzrə təhsil alırlar. 2017/2018-ci tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.Ötən tədris ili üzrə Bakı musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb. Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (22 nəfər), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (25 nəfər), Azərbaycan Milli Konservatoriyasında (17 nəfər), Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (78 nəfər), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (5 nəfər) və Bakı Xoreoqrafiya Akademiyasında (5 nəfər) təhsillərini davam etdirirlər.
Məktəblər mütəmadi olaraq Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Milli Konservatoriya və digər mötəbər səhnələrdə konsertlər təqdim edirlər.