Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
752

Bakı Yay Caz Günləri başa çatıb

Paytaxtımızda keçirilən Baku Summer Jazz Days (Bakı Yay Caz Günləri) bir-birindən maraqlı təqdimatlarla yadda qalıb.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim olunan konsertlər böyük alqışlarla qarşılanıb.

Xatırladaq ki, Baku Summer Jazz Days – bir çox dünya caz ulduzlarının iştirakı ilə paytaxtımızda keçirilən konsertlərin və festivalların təşkilatçısı olmuş “Premier LTD Art Management” prodüser agentliyinin daha bir uğurlu layihəsidir. Onun direktoru – musiqişünas və mütəmadi caz tədbirlərinin təşkilatçısı Nəzakət Qasımova festivalın ümumi mahiyyətini belə izah edir: “Caz musiqisi Bakı musiqi auditoriyasının çoxdan sevdiyi janrlardan biri kimi özünü hər zaman doğruldur. Bakıda caz musiqisini təbliğ edən tədbir və festivallar mütəmadi keçirilir. Biz də bu musiqinin təbliğini daha da intensiv inkişaf etdirmək məqsədilə yay fəsli keçiriləcək bu konsertlər silsiləsini gerçəkləşdirdik. Artıq üçüncü ildir ki, festival böyük rəğbətlə qarşılanıb gözəl yaradıcı ab-havada məkan alır. Biz də bunun daha parlaq olmasına çalışırıq”.

Festivalın növbəti caz gecəsinə Gürcüstanın hazırda ən məşhur etno-caz qruplarından “İRİAO” və Avropada ən gənc və populyar fank-caz ifaçılarından olan Tom İbarranın kvinteti qoşulub.

“İRİAO” qrupu gürcü musiqi folklorunun Quriya vilayətinə məxsus krimançuli ifa ənənəsinin, gürcü xalq çalğı havalarını, eləcə də müasir etno-cazın rəngarəng aləmini bir üslubda qovuşduran nadir heyətlərdən biridir. Qrupun bədii rəhbəri, pianoçu və bəstəkar David Malazoniya, xalq çalğı alətləri ifaçısı Nuqzar Kavtaradze, bas-gitaraçı Şako Gelekva, zərbçi Levan Abşilava heyətin instrumental hissəsini təşkil edir, vokal ifa isə istedadlı müğənnilər üçlüyünə - Buba Murquliya, Mixail Cavaxişvili və Qaqa Abaşidzeyə həvalə olunur. “İRİAO” özünün “Lazuri”, “Old City” kompozisiyalarını, xalq mahnısı “Suliko”, caz standartı “Take 5” və digər bəstələri müxtəlif səs ahəngləri və improvizəli ifalarla təqdim edib. Vaqif Mustafazadənin “Günəş” adlı kompozisiyası onların gözəl ifa etdiyi lirik kompozisiyanın mövzu əsası olub və Bakı dinləyicilərinə dərin ehtiramını gürcü cazmenləri məhz həzin, milli çoxsəsli ifaları ilə ifadə etdiblər.

Festivalın proqramında, bir ənənə olaraq, gənc cazmenlər, virtuoz çalğıçılar, vokalçılar da yer alır. Gənc fransız elektrogitaraçısı və bəstəkarı Tom İbarra – LetterOne Rising Stars mükafatı laureatı, iki CD albomunu buraxmış perspektivli ifaçılardandır. Əsasən fank, fanki-füjn, jazz-rock və digər bu qəbildən olan müasir cərəyanlarda çalışan İbarra 2015-ci ildə gerçəkləşdirdiyi “Sparkling” albomundan kompozisiyalar ifa edib.

Bakı Yay Caz Günləri Festivalı Rusiyanın ən möhtəşəm və məşhur caz heyətlərindən biri - Oleq Lundstrem adına Caz Orkestrin konserti ilə öz işini başa vurub. Bu il öz fəaliyyətinin 85 illiyini qeyd edən bu məşhur heyət Bakı Dənizkənarı Bulvarda böyük bir publika toplayaraq, zəngin ənənəvi və müasir proqramlı caz axşamı təqdim etdi. “Ginnes” rekordlar kitabına ən uzunmüddətli orkestr kimi daxil olmuş bu canlı əfsanəvi heyət bakılı cazsevərlərə də öz möhtəşəm ifası ilə gözəl caz bayramı ovqatı bəxş edib.

XƏBƏRLƏR

24.01.2020 16:19
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir
21.01.2020 16:45
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
21.01.2020 16:37
Xətai Sənət Mərkəzində “Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi elan olunub
21.01.2020 16:37
Opera və Balet Teatrında "Eşq və Ölüm" baleti nümayiş olunacaq
21.01.2020 16:33
Mədəniyyət naziri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
21.01.2020 16:30
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xivədə Türk dünyası ölkələri poeziya günləri keçiriləcək
21.01.2020 16:29
Musiqili Teatrın yaradıcı kollektivi yeni tamaşanın premyerasına hazırlaşır