21.02.2018 12:30
Fevralın 23-dən 27-dək Bakıda Nizami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil olunan Kino Günlərinin açılışı fevralın 23-də saat 18:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Açılış mərasimində rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunacaq.
Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, 25-də Əbdülhəsən Davudinin “Divanə top”, 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.