Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
554

Bakıda “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu keçirilir

İyunun 7-də Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu öz işinə başlayıb.

Forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının (BMİ) iştirakı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.

Dövlət himni səsləndiriləndən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbiri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə açaraq rəhbərlik etdiyi təşkilatın Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində beynəlxalq əhəmiyyətli tədbirlər, müsabiqə və festivallar keçirdiyini, mütəmadi olaraq cəmiyyətdə memarların yerinin və rolunun gücləndirilməsi ilə məşğul olduğunu qeyd edib.

“Bizi tanıyırlar, bizə inamla yanaşırlar və hörmət edirlər. Bizim digər sahələrdə olduğu kimi, memarlıq sahəsində də əldə etdiyimiz nailiyyətlər bütün dünyaya göstərir ki, Azərbaycan inkişaf edir. Forumda üç gün ərzində keçiriləcək müzakirələrin nəticələrindən dünyanın hər bir guşəsində, o cümlədən tarixi şəhərlərində istifadə olunacaq. Turizm nəinki tarixi irsə ziyan vurmayacaq, hətta tarixi irs turizmdən faydalanacaq. Bu günlər ərzində xarici qonaqlar xalqımızın mədəni irsi ilə tanış olacaq, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, xalqımızın qonaqpərvərliyi ilə tanış olacaqlar. Forum zamanı keçiriləcək sessiyalarda tarixi irsin istifadəsi və mühafizəsi, turizmin iqtisadiyyata, istehlakçıların vərdişlərinə, şəhər infrastrukturuna təsiri müzakirə olunacaq, tarixi şəhərlərdə kütləvi turizmə nəzarət edilməsi məsələləri araşdırılacaq”, - deyə Elbay Qasımzadə vurğulayıb.

Qeyd edilib ki, Forumun keçirilməsi ötən il martın 29-da Prezident İlham Əliyevin BMİ-nin ali rəhbərliyi ilə görüşü zamanı qərara alınıb. Forumun əsas məqsədi turizmin sürətli inkişaf istiqamətlərini öyrənmək, mədəni irsin qorunması üçün mövcud və potensial ictimai siyasəti təhlil etmək, bu günün memarlığını sabahın mirası olaraq nəzərdən keçirmək, UNESCO-nun dünya irsinin statusu üçün müasir memarlıq siyahısını hazırlamaq, davamlı turizmə dair müvafiq qaydaları, kütləvi turizmin təsir etdiyi tarixi şəhərlərin şəbəkəsini yaratmaqdır.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian çıxış edərək Forumun əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı ucuz səyahət imkanlarının turizm sənayesi üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Bildirilib ki, nəticədə, kütləvi turizm getdikcə dağıdıcı xarakter daşıyaraq demoqrafik dəyişikliklərə, yerli əhalinin narazılığına, qiymətlərin artmasına, tarixi mirasın və mədəni özünəxaslığın itirilməsinə gətirib çıxarır. Bu Forum tarixi şəhərlər və turistlər arasında informasiya ahənginə nail olmaq üçün memarların və digər mütəxəssislərin müzakirə edəcəyi yolların dialoquna yönəlib.

UNESCO-nun Dünya İrsi Mərkəzinin direktoru Mextild Rössler videomüraciətlə Forum barədə öz fikirlərini bildirib və tədbirin işinə uğurlar arzulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev Forumun BMİ-nin tarixində mühüm hadisə kimi qalacağını söyləyib. O, əminliyini ifadə edib ki, qonaqlar Azərbaycan memarlıq nümunələri ilə tanış olmaqla yanaşı, onun tarixi, müasir abidələrini ziyarət edərək maraqlı, yaddaqalan günlər keçirəcəklər.

Ölkəmizin qədim, maddi-mədəni abidələri barədə məlumat verən nazir son illər şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri diqqətə çatdırıb. Nazir, eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin tarixi və memarlıq irsinin qorunması və bərpası işinə böyük diqqət ayırdığını vurğulayıb.

Əbülfəs Qarayev qeyd edib ki, ölkəmiz yaxın vaxtlarda növbəti beynəlxalq tədbirə - UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev belə tədbirlərin turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Forum “Memarlıq irsinin istifadəsi və qorunub saxlanması” mövzusunda sessiya ilə davam edəcək. Sessiyada tarixi şəhərlərin bərpası və ya qorunub saxlanması üçün lazımi mexanizmlərin tətbiq olunması məsələləri müzakirə ediləcək. Müzakirə zamanı, həmçinin yerli icmanın doğma şəhərə qarşı məsuliyyət hissinin artırılması və cəlb olunan tərəflərin mirasdan tarazlaşdırılmış şəkildə istifadə imkanları kimi məsələlərə toxunulacaq.

Qeyd edək ki, üç gün davam edəcək Forumda iştirak etmək üçün Azərbaycana 100-dən çox ölkədən 350 nəfərə yaxın xarici qonaq gəlib. Forum çərçivəsində paralel olaraq 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyasının keçirilməsi qərara alınıb.

XƏBƏRLƏR

20.06.2019 18:01
UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib
20.06.2019 15:59
Akademik Opera və Balet Teatrında görkəmli opera mügənnisi Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
20.06.2019 15:13
Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri
20.06.2019 12:55
Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub
20.06.2019 09:32
Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib
19.06.2019 17:19
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
19.06.2019 14:22
Sumqayıtda "Dəfn edilməmiş ölülər" tamaşası nümayiş olunub
19.06.2019 13:01
Akademik Musiqili Teatrda uşaqlar üçün mövsümün son tamaşası – “Buratino”
18.06.2019 19:51
Nazir Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
18.06.2019 18:28
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi
18.06.2019 16:46
III Respublika Xalq Teatrları Festivalının Final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcəkdir
18.06.2019 15:26
Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək
18.06.2019 11:22
Respublikamızın bölgələrində regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilən silsilə tədbirlər keçirilib
18.06.2019 11:00
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
18.06.2019 10:11
Bakı Yay Caz Günləri başa çatıb
18.06.2019 10:08
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə yekun vurulub
18.06.2019 10:06
Milli Kitabxanada 10 yaşlı şairin kitablarının təqdimatı olub
17.06.2019 13:15
Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub
17.06.2019 12:02
Qobustan Milli Tarix-Bədii Qoruğunda Yoqa və Sağlamlıq Festivalı çərçivəsində tədbir təşkil edilib
15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi