Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1855

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələr arasında əlaqələr genişlənir

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsi, daha müasir və səmərəli iş prinsipinin qurulması, inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan mədəniyyət müəssisələri arasında keçirilən dostluq və əməkdaşlıq görüşlərinin xüsusi əhəmiyyəti var.

Regional İdarənin tabeliyində olan Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin kollektivi Yevlax rayonu Malbinəsi kənd uşaq musiqi məktəbinin qonağı olub. Bərdə məktəbliləri əvvəlcə Malbinəsi kənd uşaq musiqi məktəbində müxtəlif ixtisaslar üzrə dərs prosesini izləyiblər. Sonra Kətəlparaq kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Təqdim olunan musiqi nömrələri iştirakçılara xoş anlar yaşadıb.

Mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb