Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
509

Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib

Aprelin 18-də Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək iki gün davam edəcək konfransın əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, Prezidentin 2019-cu ili "Nəsimi ili" elan etməsi çox böyük mədəniyyət hadisəsidir. “Bu, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bəstəkarlarımıza, musiqimizə və şeiriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq irsini yeni kəşf etmirik. Böyük şəxsiyyət, şair, mütəfəkkir, filosof, hürufizm və sufizm təriqətinin ən görkəmli siması olan Nəsiminin şeirləri və onun ideyaları məni və Azərbaycan bəstəkarlarını həmişə özünə cəlb edib. Bu gün Nəsiminin məzarının olduğu Suriyanın Hələb şəhəri qarşıdurma meydanıdır. Bu, bizi çox kədərləndirir. Nəsiminin iztirabları bu gün də davam edir. Bu yaxınlarda Paris Notr-Dam kiləsində yanğın baş verdi. Biz buna görə də çox kədərləndik. İstərdim ki, bizim də faciələrimiz, memarlıq abidələrimiz təbliğ olunsun. Çünki başımıza faciəvi hadisələr çox gəlib. Qarabağdakı memarlıq abidələrimiz buna nümunədir, onların böyük əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb”, - deyə F.Əlizadə qeyd edib.

Sonra respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı məruzələri dinlənilib.

Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova məruzəsində təmsil etdiyi qurumun Nəsimiyə həsr olunmuş layihəsi barədə danışıb. Bildirib ki, Şərqin böyük mütəfəkkiri olan Nəsimi yaradıcılığına maraq yaratmaq üçün gənc bəstəkarların toplantısı keçirilib. Məqsəd yeni nəslin Nəsimi yaradıcılığına, onun irsinə maraq oyatmaq idi. A.Məmmədova bu il Nəsimiyə həsr olunmuş konsertlərin keçirməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Tədbirdə Firəngiz Əlizadənin "Nəsimi Passion" əsəri dinlənilib, şairin məzarının olduğu Hələb şəhəri ilə bağlı videoçarx nümayiş olunub. Şairin məzarının necə dağıdıldığı fotoslaydda göstərilib.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb