Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2995

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Aprelin 18-də Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, “PAŞA Həyat Sığorta” və “İRS Publishing House”un birgə təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının və nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi olub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Qeyd edib ki, abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.

Zakir Sultanov vurğulayıb ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

“Ötən müddət ərzində Dövlət Xidməti ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təkcə ötən il ərzində Şamaxının Dəmirçi kəndində XVII əsr məscidi bərpa və Dəmirçi-Lahıc yolunda nekpopolun və qala divarlarının konservasiyası başa çatdırılıb, Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyində yenidənqurma, Bakıda Azərbaycan Milli İncəsənət muzeyi, Bərdədə “Allah-Allah” türbəsi, Şuşa Dövlət Dram teatrında bərpa işləri aparılıb. Arxeoloji irsin qorunması sahəsində də il ərzində tarixi ərazilərdə 30-dan çox elmi ekspedisiya fəaliyyət göstərib. Yerli mütəxəssislərlə yanaşı, əcnəbi alimlər də arxeoloji qazıntılarda iştirak ediblər”, - deyə Z.Sultanov vurğulayıb.

Xidmət rəisi çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Vaqif Əliyev söyləyib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur, “açıq qapı” günü təşkil edilir.

Vurğulayıb ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs və Qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

“İRS Publishing House”un rəhbəri Musa Mərcanlı “Daş keşikçilər” kitabının ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. 2013-cü ildən Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizin mədəni irsinə həsr olunmuş silsilə kitablar nəşr olunur. Qeyd edib ki, bu il daha iki kitabın nəşr olunması planlaşdırılır.

Mərasimdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov bu beynəlxalq günün əhəmiyyətindən danışıb. Qeyd edib ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur.

Çıxışlarda tarix və mədəniyyət abidələrinin qorunması sahəsində həyata keçirilən layihələrdən bəhs edilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki ölkə arasında əlaqələrdən danışaraq digər sahələrdə olduğu kimi mədəniyyət səviyyəsində də uğurla inkişaf etdiyini deyib. Deyib ki, bunun bariz nümunəsi kimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası həyata keçiriləcək. Qeyd etdi ki, birgə layihələr bundan sonra da davam etdiriləcək.

Sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası haqqında Niyyət Məktubu imzalanıb.

Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub. “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyası üzrə Əməkdar memar, memarlıq üzrə elmlər doktoru Zahidə Məmmədova, “Azərbaycan irsinin təbliğindəki xidmətlərinə görə” nominasiyası üzrə “Azerbaijan Airlines” bort jurnalının redaksiyası “Milli irs mükafatı”na layiq görülüb.

Bundan əlavə, mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin kollektivi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov, Qobustan Milli Tarix-Bədii Qoruğunun ekskursiya kütləvi şöbəsinin müdiri Sənan Umuyev, Astara rayonu üzrə abidə mühafizəçisi Nadirə Dadaşova, Yardımlı rayonu üzrə abidə mühafizəçisi Səbrəli Musayev və Qazax rayonu üzrə abidə mühafizəçisi Səadət Əliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Tədbirdə ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı videoçarx nümayiş olunub.

Həmçinin tədbir çərçivəsində “Qarabağ əsrlərin salnaməsində” adlı foto slaydlar, eləcə də “Azərbaycan fotolarda” və “Azərbaycanın rəngləri” layihəsinin müəllifi gənc fotoqraf Etibar Cəfərovun fotolarından ibarət ölkəmizin memarlıq irsini əks etdirən slayd təqdim edilib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib