Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
209

Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir

Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən unudulmaz xanəndə Məşədi Məmməd Fərzəliyevin irsi ilə bağlı aparılan tədqiqatlar zamanı yeni faktlar əldə olunub. Bu barədə BMM –dən həftəiçi canlı yayımlanan “Bizi birləşdirən mədəniyyət” verilişində ictimaiyyətə məlumat verilib.

Verilişdə qonaq olan Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı və Əməkdar müəllim Qəzənfər Abbasov xanəndənin irsi və yaradıcılığı haqqında geniş məlumat veriblər. Vurğulanıb ki, layihənin ideyası BMM-nin direktoru, Xalq artisti Murad Hüseynova məxsusdur. Bildirilib ki, o zamanların ən məşhur xanəndələrindən Hacı Hüsü, milyonçu olandan sonra oxumayan bir başqa xanəndə Seyid Mirbabayev də vaxtilə ölkəni tərk ediblər və hazırda məzarları başqa yerlərdədir.

“Biz onların da məzarlarını axtarırıq. Məsləhətləşdik və qərara aldıq ki, ustad xanəndələrimizin son mənzilinin tapılması çox vacib işdir. Məşədi Məmməd Fərzəliyevin 1962-ci ildə Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən xanəndənin məzarının və arxivinin axtarışını zəruri hesab etdik”,-deyə Gülhüseyn Kazımlı söyləyib.

Verilişdə əvvəl əldə olunan 3 lent yazısından başqa daha bir ifanın da M.M. Fərzəliyevə məxsus olduğunun aşkar edildiyi bildirilib. Bu ifa, musiqisi dahi Üzeyir Hacıbəyli, sözləri Əhməd Cavada məxsus olan və bu gün dinləyicilər tərəfindən “Çırpınırdı Qara dəniz” mahnısı kimi daha çox tanınan “Türkün bayrağı” əsəridir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, bu məşhur mahnının bəlkə də ilk ifaçısı elə Məşədi Məmməd Fərzəliyev olub .

Tədqiqatla bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq .

XƏBƏRLƏR

14.07.2020 12:21
Respublika Gənclər Kitabxanasının canlı yayımları davam edir
14.07.2020 12:17
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri yeni virtual layihələrdə iştiraka dəvət edir
13.07.2020 16:29
“Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib
13.07.2020 13:52
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13.07.2020 11:42
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb