Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2633

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub

İyulun 16-da Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub.

Açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb.

Nazir deyib ki, konfransın ölkəmizdə keçirilməsi musiqi sahəsinin inkişafının əyani göstəricisidir. “50 il bundan öncə UNESCO-nun himayəsi altında Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti yaradılıb. Artıq 90 ölkəni birləşdirən bu təşkilat dünyada musiqi sahəsi ilə bağlı möhtəşəm layihələr həyata keçirir. Azərbaycan bu cəmiyyətin üzvi kimi belə layihələrin icrasında yaxından iştirak edir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Xüsusi vurğulamalıyam ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var. Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə Ə.Qarayev söyləyib.

Nazir əlavə edib ki, konfransın builki mövzusu musiqinin cəmiyyətdə yeri və rolu ilə bağlıdır: “Şadam ki, belə bir tədbir Bakı şəhərində keçirilir. Xalqımızın ənənələri onu sübut edir ki, biz musiqisiz yaşaya bilmərik. Musiqi xalqımızın yaşayış tərzinin ayrılmaz hissəsidir”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov deyib ki, son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi əlamətdar hadisədir. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycancada keçirilməsi də bu ənənənin davamıdır: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilir. Eyni zamanda, görkəmli bəstəkar Qara Qarayevin də 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Bütün bunlarla yanaşı, TÜRKSOY-un da yaranmasının 25-ci ildönümünü silsilə tədbirlərlə qeyd edirik. Azərbaycanda həyatın bütün sahələrinə dövlət tərəfindən diqqət və qayğı mühiti mövcuddur. Mən konfransın işinə uğurlar arzulayıram”.

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransla bağlı məlumat veriblər. Qeyd ediblər ki, konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir. Konfrans çərçivəsində Bakı şəhərinin Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında müxtəlif tədbirlər təşkil olunacaq.

Sonra dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib