Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1372

Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir

Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev-muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransına qatılan bir sıra xarici ölkələrin nümayəndələri ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüblər.

Beynəlxalq Muzeylər Şurasının Tarixi ev-muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfər etmədən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olduqdan məmnunluğunu deyən qonaq Azərbaycan Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”, - deyə o bildirib.

Bakının, eyni zamanda, bir sıra digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən Elza Rodrigez şəhərimizi bəyəndiyini deyib. “İçərişəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir. Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”, - deyə qonaq qeyd edib.

Azərbaycana ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan buraya gəlmək arzusunda idim. Gözləyirdim ki, müəyyən bir yaşa çatdıqda valideynlərim məni buraya gətirəcəklər, amma bu, baş vermədi, buna görə bu, mənim Bakıya ilk səfərimdir. “Ancaq ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı, ənənələrinizin digər tərəfi kimi də tanıyırdım. Həm də keçmiş Prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, o, həkim idi və Tallinn şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi və orada rol almış Kəbirlinski soyadlı bir aktyoru da xatırlayıram, amma pyesin adı yadımda deyil. Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o əlavə edib.

Bakıda söhbətləşdiyi insanların öz ölkələri haqqında danışdıqlarından riqqətə gəldiyini deyən qonaq söyləyib: “Ölkənizin insanları çox gözəl ünsiyyət qururlar, sahib olduqları ilə qürur duyurlar. Bu hissi mən danışdığım hər bir insanda hiss etdim, mənə elə gəlir ki, güclü identikliyiniz var”.

Kai Lobjakas Bakıda bir neçə ev-muzeylərində, o cümlədən Qara Qarayevin ev-muzeyində və Xalça Muzeyində xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb. “Qara Qarayevin ev-muzeyi məndə çox gözəl təəssürat yaratdı. Müasir ev-muzeyinin necə təqdim olunmasının canlı bir nümunəsinə çevrildi. Eyni fikirlər Xalça Muzeyinə də aiddir, hətta daha yüksək dərəcədə. Çünki muzey daha böyükdür, fikrimcə, hər iki muzey gözəldir. Onlar irəliləyişin istiqamətini göstərir, buna görə çox şanslısınız!”, - deyə qonaq vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi