Biləsuvar və Oğuz rayonlarında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbirlər keçirilib
Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 3 saylı məktəb liseydə və Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi H.Babayev adına 1 saylı şəhər tam orta məktəbdə və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş tədbir keçiriblər.
Keçirilmiş tədbirlərdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra iştirakçılar Milli Qəhrəman M.İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar.
Oğuz rayon H.Əliyev Mərkəzinin direktoru Mehriban Abbasovanın, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımovanın, məktəb müəllimləri A.Quliyevin, S.Babayevanın və X.Mirzəyevanın çıxışlarında gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi və Mübariz İbrahimovun gənclərimiz üçün bir vətənpərvərlik nümunəsi olduğu xüsusi olaraq vurğulanmışdır.
* * *
Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə R.Bədirov adına Biləsuvar rayon Dövlət Rəsm Qalereyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə “Biləsuvarın Mübarizi və mübarizləri” adlı dekorativ tətbiqi sənət və rəsm sərgisi keçirilmişdir. Sərginin təşkilində Neftçala və Salyan rayonlarının Dövlət Rəsm Qalereyaları da iştirak etmişlər. Tədbirdə əsərləri ilə iştirak edən sənətçilərə Regional İdarənin fəxri fərmanları təqdim olunmuşdur.
Sərgi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.