Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3155

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. 

İyunun 25-də Masallı rayonunda başlanan festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun), Sabirabadda (1 iyul), Füzuli rayonunun Horadiz şəhərində (7 iyul), Ağdamın Quzanlı qəsəbəsində (8 iyul) və Göyçayda (14 iyul) davam edib.

“Bölgələrdən bölgələrə” festivalının növbəti tədbiri iyulun 15-də Mingəçevir şəhərində gerçəkləşib. 

Açılış mərasimində layihə barədə məlumat verilib. Diqqətə çatdırılıb ki,  festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar Regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söz açıb. Vurğulayıb ki, bu festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq  sənətkarlığı irsi və incəsənət nümunələri  ilə tanış olmaq imkanları  yaradır. Layihənin yay mövsümündə keçirilməsi həmçinin yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir. 

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Şəhər sakinləri və qonaqlar bölgələrə aid mədəniyyət nümunələri, regionların  tarixini və müasir görkəmini əks etdirən eksponatlarla maraqla tanış olublar. 

Festival iştirakçıları tədbir barədə təəssüratlarını bölüşüblər. 

Bərdə rayonundan Validə Nabatova qeyd edib ki, Mədəniyyət Nazirliyi bundan öncə də bölgələrin mədəni irsini təbliğ edən layihələr həyata keçirib: “Bölgələrdən-bölgələrə” festivalı hər kəsin ürəyincədir. Burada şəhər və rayonların maddi mədəniyyət nümunələri ilə tanış oluruq. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm”.

Mingəçevir İncəsənət məktəbinin direktoru Etibar Əliyev də tədbiri yüksək qiymətləndirib: “Festival şəhər və rayonlarımızın mədəni zənginliyinin nümayişidir. Görürsünüz, insanlar necə də həvəslə iştirak edirlər. Hər bir rayonun ekspozisiya sahəsi ilə dərindən maraqlanırlar. Çox gözəl və əhəmiyyətli layihədir”.Beləliklə, festivalın Mingəçevir şəhərindəki tədbiri də uğurla başa çatıb.

Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı nazirliyin digər regional idarələrində də təşkil ediləcək. Layihə ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq. 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi