Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
383

"Cəngi" etno-caz qrupu ölkəmizi "Dünya musiqiləri" adlı festivalda təmsil edəcək

10-11 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə "Dünya musiqiləri" adlı etnik festival keçiriləcək. Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirəcək. Tədbirin proqramı etno- rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir.
Azərbaycanı festivalda Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" etno-caz qrupu təmsil edəcək. Bu barədə məlumat verən Mircavad Cəfərov bildirib ki, qrup səfərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gedəcək.
"Cəngi" etno-caz qrupunun tərkibində Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir. Azərbaycanlı musiqiçilər festivalın açılış günü səhnəyə çıxacaqlar. 11 avqustda isə Mircavad Cəfərov 150 nəfərlik auditoriya qarşısında ustad dərsi keçəcək. Ustad dərsində Azərbaycan milli musiqi alətlərindən bəhs ediləcək.
"Cəngi" etno-caz qrupu 1992-ci ildən fəaliyyət göstərir. Qrup repertuarında klassik cazı xalq mahnıları və milli alətlərlə sintez edir. Kollektiv ABŞ, Norveç, Türkiyə, Fransa, Qazaxıstan və digər ölkələrdə festivallarda iştirak edərək tamaşaçılara yüksək zövq bəxş edib. Qrupa 2001-ci ildən tanınmış musiqiçi, ud və tar alətlərində mahir ifaçı, Xalq artisti Mircavad Cəfərov rəhbərlik edir. O, Fransa (2014), Qazaxıstan (2016) və başqa ölkələrdə beynəlxalq caz festivallarının iştirakçısı və laureatı olub.
Qeyd edək ki, Sankt-Peterburqda keçirilən "Dünya musiqiləri" etnik festivalı təkcə konsert marafonu deyil. Layihə eyni zamanda yaradıcı ünsiyyət, ustad dərsləri, ekzotik musiqi alətlərində ifaların nümayişi, bu qeyri-adi musiqi alətlərini hazırlayan ustalarla görüşlər və s. yaddaqalan hadisələri özündə cəm edir. Festival həm də müxtəlif xalqların rəqs, poeziya və tətbiqi dekorativ sənətini əks etdirir.
Festivalın təşkilatçısı Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyidir. Bu muzey dünyanın beş böyük musiqi aləti kolleksiyasından birinə sahibdir. Musiqi bayramına qatılanlar etnik musiqi alətlərini təbii səslə - həm səhnədə, həm də muzeyin ekspozisiyasının interaktiv turlarında dinləyə biləcəklər.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb