Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 aprel 2019-cu il tarixdə Azərbaycanın Xalq yazıçısı, dedektiv roman janrının tanınmış nümayəndələrindən biri, nasir, publisist Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyinə həsr olunmuş “Çingiz Abdullayev yaradıcılığı” adlı söhbət-mühazirə təşkil olundu.
Şöbə müdiri Qənirə Mustafayeva yazıçının ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidməti olan yaradıcılığı və ictimai fəaliyyəti haqqında məlumat verdi.
Kitabxananın baş biblioqrafı Sevda Rəhimova Çingiz Abdullayevin kitablarının biblioqrafik icmalını təqdim etdi.
Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri mövzu ətrafında çıxış etdilər.
Tədbirin sonunda “Çingiz Abdullayev yaradıcılığı, Çingiz Abdullayev - 60” adlı sərgiyə baxış keçirildi.