Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1041

Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib.

Tədbirdə Özbəkistandakı xarici ölkələrin səfirləri, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib.

İştirakçılar əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Özbək dilində “Xocalı soyqırımına ədalət” kompaniyası çərçivəsində soyqırımın dəhşətlərini özündə əksə etdirən fotosərgi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi iştirakçılara təqdim edilib.

İştirakçılara Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumat verilib.

Xocalıda və Dağlıq Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Qulıliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib.

Səfir deyib ki, 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri mühasirəyə alınıb. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç və başqa beynəlxalq təşkilatlar vasitəsi ilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlıqla qocaları, qadınları, uşaqları atəşə tutdular.

Sonra diplomat Xocalıda qəddarlıqal öldürülən, yaralanan və itkin düşənlər haqqında məlumat verib.

Hüseyn Quliyev deyib ki, İngiltərə jurnalisti Tomas de Valın “Xocalıda nə baş verib” sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Lakin biz bu steorotipi sındırmağı bacardıq. Bax orada bu baş verib”.

Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciəni 20-ci əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Xolokost soyqırımları ilə bir sıraya qoyub. Hazırda 12 dövlət və Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı soyqırımını tanıyıb.

Sonra Litvalı  rejissor Aleksandris Broksun Xocalı faciəsindən bəhs edən “Sonsuz  dəhliz” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitze prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən filmdə Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan xarici jurnalistlərin faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb