Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
139

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC), Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, müəllim və tələbələr, yerli azərbaycanlılar və jurnalistlər iştirak edib.

Əvvəlcə qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində DDPU-nin rəssamlıq fakültəsinin tələbələri tərəfindən çəkilmiş və “İstiqlaliyyətin 28-ci ili mübarək, Özbəkistan” adlı sərgi ilə tanış olublar.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb, Azərbaycan-Özbəkistan dostluğuna, habelə Özbəkistanın əldə etdiyi nailiyyətlərə dair videoçarx nümayiş olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə özbək xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib. Səfir strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb.

Tədbirdə çıxış edən ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəm kəsb etdiyini, bunun bir daha dostluğumuzun, qardaşlığımızın göstəricisi olduğunu deyib. E.Nuriddinov Özbəkistanın müstəqillik əldə etdikdən sonrakı nailiyyətlərindən, dünya siyasətində qazandığı uğurlardan söz açıb, təşkil olunan tədbirə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib, iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın daha da inkişafından məmnunluğunu ifadə edib.

Sonra DDPU-nin tələbələri Vətənə həsr olunan şeirlər söyləyiblər.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı milli rəqslərimizi, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı isə hər iki xalqın rəqs və musiqilərini ifa ediblər.

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib